Məhkəmə qərarları › İş №2(062)-147/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-147/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-147/2024 29.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 dolar borc şəklində verdiyi pulu, 77FR066 nömrə nişanlı Range Rover model avtomaşının mühərrikinin yenisi ilə əvəz edilməsinə görə dəymiş 15000 manat ziyanın, 1000 manat ustaya verilmiş zəhmət haqqının və mənəvi zərərə görə 3000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında Cavabdeh ona X6 model avtomobil gətirilməsini təklif etdi. O razılaşandan sonra cavabdeh maşınların siyahısını ona təqdim etmişdir. O hazırda mülkiyyətində olan 77TR066 dövlət nömrə nişanlı Range Rover model avtomobili seçmiş, cavabdeh avtomobilin vuruq olduğunu, ancaq işlək vəziyyətdə problemsiz olduğunu ona bildirərək qəbul edərək auksionda udmuşlar. Səhəri gün 16 min dollar pulu cavabdehin qardaşı vasitəsi ilə nağd şəkildə ondan almış ki, özü göndərəcək, o da vermişdir. Üç aydan sonra ondan 3000 dollar da yol pulu adı ilə pul aldı ki, maşın Bakıda olacaq. O pulu da qardaşı vasitəsi ilə vermişdir. 6-7 ay oldu maşın gələsi olmadı. Ona məlum oldu ki, onun pulunun bir hissəsi cavabdeh tərəfindən şirkətə ödəmilmədiyindən və borcu olduğundan maşın Gürcüstanda saxlanılmışdır. O, bu halı bildirəndə etiraf etdi ki, başına hadisə gəlib, maşınla adam vurub öldürmüş, 50000 manat xərci çıxmışdır. Onu başa düşməyini xahiş etmiş və ondan xahiş etmişdi ki, onun adına invoyz açılacaq, yenidən maşının borcunu o versin, maşın Azərbaycana gəldikdən sonra gömrük rəsmiləşdirməsindən sonra onun pulunu verəcəkdir. O, da məcbur vermiş və qəbzə imza etdirmişdir. İnvoyzda onun adından öz vəsaiti hesabına ödəmişdir. Maşın gəlib çıxdıqdan sonra sənədləşmə olduqdan sonra maşını gətirərək yerində işə salan zaman matordan səs gəlmişdir. Servisə aparanda ona bildirdilər ki, matorda problem var. Maşın hazırda Şəmkirdə Fariz adlı mühərrik ustasının yanındadır və mühərrik maşından götürülmüşdür. Maşına yeni mühərrik qoyulmalıdır. O ondan aldığı 6000 min dollar da verməmişdir. Yəni matorun qiyməti ilə bağlı Bakı şəhərində maraqlanərkən, ona dedilər ki, təxminən mühərrikin qiyməti 15000 manat civarındadır. O, Ərşada bildirdi ki, ona mühərrikdə problem olduğunu deməmişdir. Mühərrikin saz vəziyyətdə olduğunu bildirmiş, o da etiraf etmişdi ki, vuruq maşınların mühərrikində problem olmur, ustalar da ona aldadıldığını demişlər. O cavabdehə avtomobildəki qüsurunb aradan qaldırılmasını təklif etmiş, o razılaşmamışdır. Servisdən ona bildirdilər ki, Amerikadan gələn vaxt avtomobilin VİN kodunda da mühərrikin problemli olması yazılmışdır. Gətirən adam özü bilir. Ona maddi və mənəvi zərər vurulmuşdur. Onun təqsiri ucbatından maşın Azərbaycana 8 aya gəlmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək avtomobilin mühərrikinə görə çəkilmiş xərcin əvəzi 8590 ABŞ dollarının tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən, 6000 ABŞ dollar borca dair hissədə qəbul edərək bildirdi ki, həqiqətən də Rəşada 6000 dollar pul borcu vardır. İddianın qalan hissəsi isə əsassızdır. Belə ki, o Rəşadla birlikdə maşın seçmiş, auksionda Rəşadın razılığı ilə o iştirak etmiş, hərracda tərəf o olmuşdur. Maşının mühərrikinin xarab olmasına görə o hər hansı cavabdehlik daşımır. Elanlarda maşında heç bir problemin olmadığı yazılmışdır. Əgər maşında problem olarsa o şirkətə müraciət edib düzəltdirə bilər. O, maşına cavabdeh deyildir. İddiaçı özü üçün bahalı mator almışdır. O cavabdehə ucuz qiymətə mühərrik tapa bilərdi. Ona görə də iddianın qeyd edilən hissənin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan sadə yazılı şəkildə tərtib edilmiş əlyazmadan görünür ki, Cavabdeh X1 İddiaçı tərəfindən Ranc Rover modelli maşının gətirilməsi üçün 16000 ABŞ dollar pul vermişdir. İş materiallarında olan əlyazmadan görünür ki. Cavabdeh İddiaçı 6000 dollar məbləğində borc almışdır. İş materiallarında olan və məzmunu və nömrələrin sahibi şübhə doğurmayan mesajların mətnlərindən görünür ki, tərəflər arasında avtomobilin mühərrikinin nasazlığı ilə bağlı yazışmalar həyata keçirilmişdir. Amerika Motors saytının mübahisəli avtomobilin vəziyyəti ilə bağlı yerləşdirilmiş məlumatlardan görünür ki, bu avtomobil sürülə bilmir və getmir. İşdə olan gömrük vərəqəsindən görünür ki, gətirilmiş mühərrik 8590 ABŞ dollar dəyərindədir. İşdə olan qiymətlərin razılaşma protokolundan görünür ki, mühərrikin yığılma xərci 1000 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi 6000 ABŞ dollar məbləğində pula aid hissədə əsaslıdır. Belə ki, cavabdeh iddianı qeyd edilən hissədə qəbul etmiş və tərəflər arasında bununla bağlı yazılı sənəd də imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi cavabdeh öhdəliyin şərtlərinə riayət etməmiş, iddiaçıdan götürdüyü 6000 ABŞ dolları məbləğində pulu ona qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 6000 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi günün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla cavabdehdən alınaraq idiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin mühərrikinə görə çəkilmiş 8590 ABŞ dolları məbləğində pula dair hissəsini də əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında avtomobillə bağlı mülki hüquq münasibətinin yaranmasını məzmunu tərəflər arasında mübahisə doğurmayan 16.000 ABŞ dollarının məhz avtomobilin gətirilməsi üçün cavabdehin qardaşına verilməsini əks etdirən əl yazma da təsdiq edir. Yəni, tərəflərin rəftarından da müəyyən edilir ki, onlar arasında podrat müqaviləsi bağlanılmışdır. Belə ki, iş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə yaxşı münasibətləri olmuşdur. Onun xarici avtomobil satış saytı olan “Copart”a qeydiyyatı vardır. Hər hansı şəxs ondan avtomobil istəyən zaman auksionda oynayır və həmin avtomobili udur. Daha sonra invois vasitəsi ilə pul köçürmə edib avtomobili Azərbaycan Respublikasına gətizdirir. Rəşada əvvəllər iki dəfə avtomobil gətizdirmişdir. Rəşad ona həmin avtomobilləri gətirməyi üçün ona pul vermişdir. 2023-cü ilin mart ayında Rəşad ona zəng edərək xaricdən özünə avtomobil gətizdimək istədiyini demişdir. Onun yaşadığı evə getmiş və onlar ikisi də birlikdə ona məxsus mobil telefonla auksionda olan avtomobilərə baxmışlar. Rəşad “X7 Volk” markalı avtomobili ondan auksionda udmağı xahiş etmişdir. Onlar birlikdə həmin avtomobili auksionda oynamış və udmuşdur. Həmin avtomobili auksiondan 16000 ABŞ dollarına udmuşlar. Rəşad ona pulu sonra verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Rəşad ona zəng edərək pulu götürməyini demişdir. X1 zəng edib pulu Rəşaddan götürməyini xahiş etmişdir. Qardaşı Rəşaddan pulu götürüb ona göndərmişdir. Gürcustan Respublikasında ona məxsus avtomobillər var və orada Anar adlı dostu olmuşdur. Onun satılan pulları onda olur. Anardan Rəşad üçün oynadığı avtomobilə 7200 ABŞ dolları pul köçürməyini xahiş etmişdir. Rəşada 8800 ABŞ dolları pulu geri göndərmiş və Rəşad invoice vasitəsi ilə pulu avtomobil üçün köçürmüşdür. Rəşad ona əlavə olaraq 3000 ABŞ dolları pulu avtomobilin Amerikadan Gürcüstan Respublikasına gətirilməsi üçün almışdır. Həmin avtomobil Amerikadan Gürcüstan Respublikasına gəlmişdir. Həmin avtomobil 29 gün Gürcüstan Respublikasına qalmışdır. Həmin vaxt tək Rəşad üçün yox başqa adamlar üçün də avtomobil gətizdirmişdir. Onun avtomobil sifarış etdityi xarici şirkətə borcu olduğu üçün avtomobilləri götürməyi icazə verməmişlər. Rəşaddan əlavə olaraq 6000 ABŞ dolları borc istəmişdir. Rəşad ona borc olaraq 6000 ABŞ dolları vermişdir. Rəşada məxsus avtomobil 2023-cü ilin oktyabr ayında gəlmişdir. Rəşaddan avtomobili Gürcüstan Respublikasına gətirən evakuatora 680 ABŞ dolları pulu verməmişdir. Həmin pulu o öz cibindən ödəmişdir. Rəşad ona avtomobilin mühərrikinin nasaz olduğunu demişdir. Ona avtomobilin mühərrikində cavabdeh olmadığını demişdir. Rəşadın mühərrikinin işlək vəziyyətdə yalan danışdığı, vuruq maşında problem olmadığını, ustaların və servislərin pulunun dərdindən Rəşaddan artıq pul almaq üçün mühərrikin işlək olmamasını ona dediyini, maşının mühərrikində problem olmadığını bildirmişdir. Onun hazırda Rəşada 4300 ABŞ dolları borcu vardır. Belə ki, ona iki dəfə avtomobil sifarış etmiş və hər biri üçün 500 ABŞ dolları pul verməlidir. Həmçinin avtomobil Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün 680ABŞ dolları pul ödəmişdir. Göründüyü kimi, 2023-cü ilin mart ayında Ərşad Hesynov ilə İddiaçı arasında Amerikadan avtomaşının gətirilməsi üçün razılıq əldə edilmiş, Rəşad sifarişçi qismində mübahisə predmeti olan avtomobilin gətirilməsini sifariş etmişdir. Cavabdeh sifarişi qəbul etmiş və özünün də polis şöbəsində verdiyi izahatından göründüyü kimi “Copart”a qeydiyyatı olaraq, auksionda oynayaraq, həmin avtomobili udmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan o da görünür ki, tərəflər arasında muzdla bağlı da razılaşma olmuşdur. Yəni, cavabdeh qeyd etmişdir ki, ona iki dəfə avtomobil sifarış etmiş və hər biri üçün 500 ABŞ dolları pul verməlidir. Məhkəmə iclasında isə cavabdeh izahatında göstərmişdir ki, o Rəşadla dostluq münasibətinə görə hər hansı muzd almadan avtomobili ona gətirmişdir. Avtomobillərin hər biri üçün 500 ABŞ dolları pul verməli olmasına dair dəlillərə münasibətdə onu qeyd edir ki, həmin dəlillərdən göründüyü kimi cavabdeh bu işi dostluq münasibətinə görə deyil, müəyyən muzd müqabilində görmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin hallarından göründüyü kimi tərəflər arasında MM-nin 752.1-ci maddəsində nəzərdə tutulmuş qaydada podrat müqaviləsi bağlanılmışdır. Müqavilə cavabdeh tərəfindən icra edilərək avtomobil iddiaçıya təhvil verilsə də, müqavilədə nəzərdə tutulan iş sona qədər icra edilməmişdir. Belə ki, iddiaçının mühərriki olmayan və nasaz olan avtomobili sifariş etməsi inandırıcı deyildir. Bu hal tərəflərin mesaj məzmunundan da müəyyən edilir. Belə ki, cavabdeh hər vəchlə iddiaçını inandırmağa çalışır ki, avtomobilin mühərrikində problem ola bilməz. Belə ki, vurulan maşınlarf o maşınlardır ki, onlar sürülür deyə vurulmuşdur.Odur ki, belə avtomobillərin mühərrikində hər problem ola bilməz. Eyni zamanda Amerika Motors saytının mübahisəli avtomobilin vəziyyəti ilə bağlı yerləşdirilmiş məlumatlardan da görünür ki, bu avtomobil sürülə bilmir və getmir. Avtomobillərin xaricdən gətirilməsi ilə məşğul olan birinin həmin avtomomil barədə geniş məlumatlara malik olmaması ağlabatan mühakimə əsasında da məntiqli deyildir. Bu işdə o qədər də səriştəsi olmayan sifarişçiyə podratçı tərəfindən avtomobil barədə ətraflı məlumatın verilməməsi, Amerika Motors saytında da göstərildiyi kimi avtomobilin sürülə bilinməmisinin və getməməsinin izah edilməməsi Mülki Məcəllənin 5.3-cü maddəsinin tələblərinə də ziddir. Belə ki, həmin maddəyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Göründüyü kimi hazırki işdə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun olmamış, mühərriki nazas olan avtomobil sifarişi verilmədiyi halda nasaz mühərrikli avtomobil gətirilmişdir. Mülki Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Tərəflərin yazışmasından da göründüyü kimi podratçı, yəni cavabdeh qüsuru aradan qaldırmaqdan imtina etmişdir. Mülki Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Hazırki işdə sifarişçi qüsuru aradan qaldıraraq çəkdiyi xərci tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia çəkilmiş xərcə aid hissədə təmin edilməlidir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsini əsaslı hesab etmir. Belə ki, o bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh 6000 ABŞ dolları məbləğində borc pul, 8590 ABŞ dolları mühərrikə görə çəkilmiş xərc, ümumilikdə 14590 ABŞ dolları qətnamənin icra ediləcəyi günün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla və 1000 manat məbləğində mühərrikin dəyişdirilməsinə görə ödənilmiş pul cavabdehdən alınaraq idiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyin ödənilmiş dövlət rüsumunun 166 manat 95 qəpik hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 6000 ABŞ dolları məbləğində borc pul, 8590 ABŞ dolları avtomobilin mühərrikinə görə çəkilmiş xərc, ümumilikdə 14590 ABŞ dolları qətnamənin icra ediləcəyi günün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla və 1000 manat məbləğində mühərrikin dəyişdirilməsinə görə ödənilmiş pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 166 manat 95 qəpik hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar