Məhkəmə qərarları › İş №2(062)-1485/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1485/2025

17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1485/2025 17.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Tovuz Rayon Vəkil Bürosunun vəkili X12, Cavabdeh və onun nümayəndəsi Tovuz Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus adlarını qeyd etdiyi əşyalarının, özləri olmadıqda dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə X7 ilə evlənib ailə qurmuş və onun yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən evə gəlin köçmüşdür. Gəlin köçən zaman toy ərəfəsində ona hədiyyə olunmuş qızıl-zinyət əşyaları bir qayda olaraq həmin evdə olmuşdur. X18 və o, işləyərək birlikdə ev əşyaları almış və həmin əşyalar da gəlin köçüb əri ilə yaşadığı və hazırda cavabdehin istifadəsində olan evdə olmuşdur. xx.xx.2021-ci il tarixdə X18 bədbəxt hadisə nəticəsində vəfat etmişdir. 2024-cü ilin dekabr ayına qədər o, qayınanası ilə birlikdə hazırda cavabdehin istifadəsində olan həmin evdə yaşamış və ərizəsində qeyd etdiyi ona məxsus əşyalarından istifadə etmişdir. Lakin cavabdeh mütəmadi olaraq evdə səbəbsiz dava-dalaş salaraq onun həmin evdən bezib getməyini istəmişdir. 2024-cü ilin dekabr ayında cavabdeh məcburi şəkildə onu evdən qovmuş və kiçik oğlu Elmirlə birlikdə atası evinə getmişdir. Həmin vaxtdan da atasıgildə yaşayır. Ona məxsus bütün əşyaları, həmçinin qızılları həmin evdə qalmışdır. Cavabdehdən dəfələrlə özünə məxsus əşyalarını tələb etsə də, cavabdeh ona heç bir əşya verməyəcəyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin əşyalar 1 ədəd LG markalı, ağ rəngli avtomat paltaryuyan maşın (7 kq-950 manat), 1 ədəd əl paltaryuyanı – (7 kq-lıq 250 manat), 1 ədəd qırmızı rəngli, MAKS markalı tozsoran – (250 manat), 1 ədəd 5x3 metr ölçüdə ağqırmızı rəngli gəvə - (250 manat), 1 ədəd 3x2 metr ölçüdə qırmızı rəngli gəvə - (150 manat), 1 ədəd 4x4 metr ölçüdə sarı rəngli gəvə - (300 manat), 1 ədəd 2x2 metr ölçüdə qara-qırmızı rəngli gəvə (100 manat), 1 ədəd ağ rəngli ət çəkən maşın – (270 manat), 1 ədəd açıq boz rəngli elektrik soba – (170 manat), 1 ədəd palıdı rəngli kiçik divar saatı – (40 manat), 1 ədəd qara rəngli iri divar saatı – (90 manat), palıdı rəngli kapron materialdan 1 ədəd stol və 6 ədəd stul – (180 manat), palıdı rəngli dəmir materialdan 1 ədəd stol və 6 ədəd stul – (400 manat), 1 ədəd yataq dəsti – (1000 manat), 1 ədəd sarı rəngli uşaq çarpayısı – (100 manat), 1 ədəd qara rəngli uşaq arabası – (200 manat), 1 ədəd qara rəngli mikser – (40 manat), boz rəngli 1 ədəd divan və 2 ədəd kreslo dəsti – (700 manat), 2 ədəd yataq örtüyü (pakrıval)- (100 manat), 3 ədəd qırmızı, sarı və palıdı rənglərdə üzəri güllü odeyal – (100 manat), 1 ədəd qara rəngli dəmir sandıq – (70 manat), 1 ədəd ağ rəngli sintefon döşək – (100 manat), 48 ədədlik ağ-qırmızı bəzəkli boşqab dəsti – (55 manat), 12 ədəd xrustal çay stəkanı – (16 manat), 12 ədəd ağ-qızılı bəzəkli nəlbəki – (16 manat), 18 ədəd boz-qızılı rəngli çəngəl – (15 manat), 3 ədəd qırmızı rəngli tort bıçağı – (30 manat), 18 ədəd ağ rəngli kompot qədəhi – (40 manat), 25 ədəd ağ rəngli araq qədəhi – (30 manat), 12 ədəd sarı rəngli şirə stəkanı – (35 manat), 6 ədəd göy-qızılı rəngli qrafinka – (25 manat), 6 ədəd ağ bəzəkli qrafinka – (20 manat), 1 dəst çay qızılı rəngli dəskahı – (70 manat), 6 ədəd qara bəzəkli tort boşqabı – (15 manat), 3 ədəd iri ağ-qara rəngli tort boşqabı – (15 manat), 2 ədəd ağ rəngli ayaqlı meyvə qabı – (20 manat), 1 ədəd ayaqsız iri meyvə qabı – (15 manat), 2 ədəd ağ rəngli iri şüşə güldan – (30 manat), 1 ədəd yaşıl güldan – (15 manat), 2 ədəd üçlü qab – (25 manat), 1 ədəd qızılı rəngli küpə güldan – (25 manat), 1 ədəd divan-kreslo üzlüyü – (40 manat), 2 ədəd ağ rəngli stol örtüyü – (20 manat), 6 ədəd əl-üz qətfəsi – (20 manat), 1 ədəd "ana-bala" çaynik dəsti – (35 manat), 2 ədəd iri qapaqlı qənd qabı – (30 manat), 2 ədəd qapaqsız qənd qabı – (20 manat), 1 ədəd iri ayaqlı qənd qabı – (20 manat), 4 ədəd bəzəkli şirniyyat qabı – (40 manat), 1 ədəd iri pələng kuklası, ana-bala – (50 manat), 14 ədəd dipçəklərdə təbii güllər – (140 manat), 1 ədəd boz rəngli ayaqqabı rəfi – (18 manat), 6 ədəd çay fincanı – (20 manat), 6 ədəd kofe fincanı – (10 manat), 2 ədəd konfet qabı – (12 manat), 6 ədəd göy rəngli şirə stəkanı – (15 manat), 2 ədəd qara güllü şokalad qabı – (20 manat), 6 ədəd kiçik ağ bəzəkli salat kasası – (10 manat), 6 ədəd iri ağ-qırmızı rəngli kasa – (12 manat), 2 ədəd uşaq odeyalı – (20 manat), 10 metrə qırmızılı-qaralı kilim – (50 manat), 1 ədəd boz rəngli televizor altı – (50 manat), 1 ədəd dəmir asılqan – (25 manat), 2 ədəd ağ-göy rəngli yorğan üzü – (45 manat), 1 ədəd qırmızı rəngli ləpə çəkən – (15 manat), 1 ədəd qırmızı rəngli blender (15 manat), 1 ədəd göy rəngli pas-pas döşəmə silən – (30 manat), 1 ədəd ağlı göylü ütü – (35 manat), 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, gül formalı qızıl komplekt (02 ədəd sırğa və 01 ədəd üzük) – (850 manat), 2 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, qara qaşlı, qadın üzüyü – (400 manat), 2 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, paxlava formalı, qadın üzüyü – (400 manat), 2 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, yaşıl qaşlı, qadın üzüyü – (400 manat), 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, sadə formalı qadın üzüyü – (200 manat), 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, gül formalı qadın üzüyü – (200 manat), 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, 17 qram çəkidə, "yoluçnu" qadın boyunbağısı - (1530 manat) və özünə, oğlu Elmirə məxsus şəxsi geyim əşyalarından ibarətdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 18 dekabr 2024-cü il tarixədək qaynanasının evində yaşamışdır. Qaynanası ona şər ataraq evdən qovduğu üçün heç bir əşyasını götürməyə macal tapmadan oradan getmişdir. Həyat yoldaşı sağ olduğu müddətdə, həmçinin əri dünyasını dəyişdikdən sonra bir neçə ay qaynanası və baldızları onunla yaxşı yola getsə də sonradan ona qarşı münasibət dəyişmişdir. 1 ədəd LG markalı, ağ rəngli avtomat paltaryuyan maşın, 1 ədəd əl paltaryuyanı, 1 ədəd qırmızı rəngli, MAKS markalı tozsoran, 1 ədəd 4x4 metr ölçüdə sarı rəngli gəvə, 1 ədəd 2x2 metr ölçüdə qaraqırmızı rəngli gəvə, 1 ədəd ağ rəngli ət çəkən maşın, palıdı rəngli kapron materialdan 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd açıq boz rəngli elektrik soba, boz rəngli 1 ədəd divan və 2 ədəd kreslo dəsti, 2 ədəd yataq örtüyü (pakrıval) məişət əşyalarını nikahdan sonra cavabdehlə birlikdə yaşadıqları dövrdə alsa da, qalan əşyaları cehiz kimi cavabdehin evinə aparmışdır. İddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları toy mərasimində hədiyyə edilmişdir. Nikahı toy mərasimindən sonra rəsmiləşdirilmişdir. Toy mərasimi 17 noyabr 2005-ci il tarixdə keçirilmiş, nikah isə 25 noyabr 2005-ci il tarixdə rəsmiləşdirilmişdir. Evi tərk edərkən əşyalarını və qızıllarını götürmək imkanı olmamışdır. Qızılları həmişə qaynanasında olmuşdur. Münasibətləri pozulduqdan sonra da qızılları cavabdehdən götürməmişdir. Evdən gedərkən evdə övladı Vaqif. qaynanası və qonşular olmuşdur. Cavabdeh onun başqa kişi ilə münasibətinin olduğunu əsas gətirərək məcburi şəkildə evdən çıxarmışdır. Əlavə olaraq bildirmişdir ki, heç bir qızıl əşyasını satmamış, hamısı hazırda cavabdehdədir. İddiaçının nümayəndəsi Tovuz Rayon Vəkil Bürosunun vəkili X12 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, qonşusu iddiaçının onun oğlu ilə münasibətinin olduğunu bildirmiş, ifşa oduğunu bildikdən sonra iddiaçı özü onun evini tərk etmişdir. Gedərkən heç bir zorakılığa məruz qalmamışdır. Gedərkən zəruri əşyalarını, o cumlədən qızıl-zinət əşyalarını, yəni 1 boyunbağı və 2 üzüyü də özü ilə götürmüşdür. Başqa qızıl əşyaları olmamışdır. 1 ədəd 3x2 metr ölçüdə qırmızı rəngli gəvə, palıdı rəngli dəmir materialdan 1 ədəd stol və 6 ədəd stul, 2 ədəd üçlü qab, 10 metrə qırmızlı-qaralı kilim, 1 ədəd LG markalı, ağ rəngli avtomat paltaryuyan maşın, 1 ədəd əl paltaryuyanı, 1 ədəd qırmızı rəngli, MAKS markalı tozsoran, 1 ədəd 4x4 metr ölçüdə sarı rəngli gəvə, 1 ədəd 2x2 metr ölçüdə qara-qırmızı rəngli gəvə, 1 ədəd ağ rəngli ət çəkən maşın, 1 ədəd açıq boz rəngli elektrik soba, boz rəngli 1 ədəd divan və 2 ədəd kreslo dəsti, palıdı rəngli kapron materialdan 1 ədəd stol və 6 ədəd stul, 2 ədəd yataq örtüyü (pakrıval) istisna olmaqla iddia ərizəsində göstərilən digər əşyaların iddiaçı tərəfindən cehiz gətirildiyini və hazırda onun evində olduğunu etiraf edir. Oğlunun sağlığında oğlu və iddiaçı qızıllarını Ceyhun adlı şəxsə satdığı üçün hazırda onda iddiaçının heç bir qızıl əşyası yoxdur. Cavabdehin nümayəndəsi Tovuz Rayon Vəkil Bürosunun vəkili Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Cavabdeh bacısını evdən qovaraq çıxarmış, heç bir əşya götürməyinə icazə verməmiş, patarları, şəxsi əşyaları və qızılları cavabdehin evində qalmışdır. Bacısı qovulandan sonra onun evinə gəlmiş, sonra isə anasıgilə getmişdir. O, cavabdehin yaşadığı evə gedərək səbəb soruşmaq istəsə də, Gülyana xanım onu qapıdan buraxmayaraq qovmuşdur. Anasıgilə gedəndə üzərində heç bir əşya gətirməmişdir. Bir qızıl dəsti və boyunbağını toy mərasimində oğlan evi almış, qalanları isə qonaqlar bağışlamışdır. Bacısı onun evinə gələrkən bir şalvar və bir köynəkdə olmuş, hətta ayaqqabısı belə olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, mərhum qardaşı sağlığında avtomobili ilə qəza törətmiş, pul lazım olduğu üçün iddiaçı və onun mərhum qardaşı iddiaçının qızıllarını 2013-cü ildə Ceyhun adlı şəxsə satmışdır. Buna görə də son dövrlərdə çəkilmiş heç bir fotoşəkildə həmin qızılları iddiaçının üzərində görmək mümkün deyil. Dediklərinin təsdiqi olaraq toy mərasimlərində çəkilmiş üç ədəd fotoşəkili məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, iddiaçının oğludur. Nənəsi ilə birgə yaşayır, anası ilə əlaqəsi yoxdur. Anası evi tərk edərkən o, evdə olmuşdur. Həmin vaxt anası ona karton qutu tapıb gətirməsini, evdən gedəcəyini demişdir. Anası əşyalarını toplayaraq evdən getmişdir. Gedərkən anası onunla getməyi tələb etsə də o, imtina edərək nənəsi ilə qalmışdır. Anası gedərkən qardaşının üzüyünü və onun boyunbağısını da özü ilə aparmışdır. Eşitdiyinə görə anasının gəlinlik qızılları satılmışdır. Lakin satılma vaxtını bilmir. Təqdim edilmiş fotoşəkillərdə anasının üzərində olan qızılları heç vaxt görməmiş, anası toya gedərkən onun boyunbağısını və suni qızıl üzük taxmışdır. Ona hazırda göstərilən şəkillərdə olan qızılları heç vaxt evlərində canlı görməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirmişdir ki, cavabdehin qızıdır. İddiaçı qardaşının sağlığında 2013-cü ildə baş vermiş avtomobil qəzası ilə bağlı yaranmış xərclər üçün öz qızıllarını satmışdır. Buna görə də son zamanlarda çəkilmiş heç bir fotoşəkildə iddiaçının üzərində iddia etdiyi qızıl-zinət əşyalarını görmək mümkün deyildir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 741 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı və X7 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 857 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hümmətov, arvada Hümmətova soyadı verilmişdir. Qeyd: Nikaha C. Hümmətovun xx.xx.2021-ci ildə ölməsi (ölüm xx.xx.2021-ci ildə 55 №-li akt qeydi ilə Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 156209 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 55 nömrə ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının xarici əlamətlərinə uyğun qızıl-zinət əşyalarının toy məclisində iddiaçıya hədiyyə edilməsi təsdiq olunur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 05 ədəd fotoşəkil məhkəmə iclasında tədqiq edilmiş, iddia edilən qızıl-zinət əşyaları iddiaçı tərəfindən həmin fotoşkillərdə məhkəməyə əyani göstərilmişdir. X1 ifadə verərkən məhkəmə təqdim etdiyi 3 ədəd fotoşəkil məhkəmə iclasında tədqiq edilmiş, həmin fotoşəkillərdən iddiaçının üzərində iddia olunan qızıl-zinət əşyalarının olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2 Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçıni dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır, əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İlk öncə iddia ərizəsində göstərilən məişət əşyaları ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı həmin əşyaların bir hissəsini, yəni 1 ədəd LG markalı, ağ rəngli avtomat paltaryuyan maşın, 1 ədəd əl paltaryuyanı, 1 ədəd qırmızı rəngli, MAKS markalı tozsoran, 1 ədəd 4x4 metr ölçüdə sarı rəngli gəvə, 1 ədəd 2x2 metr ölçüdə qara-qırmızı rəngli gəvə, 1 ədəd ağ rəngli ət çəkən maşın, palıdı rəngli kapron materialdan 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd açıq boz rəngli elektrik soba, boz rəngli 1 ədəd divan və 2 ədəd kreslo dəsti, 2 ədəd yataq örtüyü (pakrıval) məişət əşyalarını nikahda olduğu dövrdə aldığını bildirmişdir. Bu da onu göstərir ki, həmin əşyalar təkcə iddiaçının deyil, həmin vaxt birgə təsərrüfat aparan ailə üzvlərinin ümumi mülkiyyətini təşkil edir və cavabdehin həmin əşyaya sahibliyi qanuni əsasa söykənir. Digər məişət əşyalarının nikaha girənədək iddiaçıya cehiz kimi verilməsi, yəni iddiçıya məxsus olması və cavabdehin evində olması cavabdeh tərəfindən etiraf edilmiş və həmin əşyaların iddia ərizəsində göstərilən dəyəri mübahisələndirilməmişdir. Qızıl-zinət əşyaları ilə bağlı isə qeyd edilməlidir ki, onların hazırda cavabdehdə olması halı iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri və iş materialına əlavə edilmiş fotoşəkillər əsasında təkzib edilmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş iddiaçının övladı və cavabdehin nəvəsi olan X5 ifadəsində iddiaçının evi tərk edərkən sərbəst formada əşyalarını topladığını, ona heç kimin mane olmadığını, fotoşəkillərdə əks olunmuş qızıl-zinət əşyalarını əvvəllər iddiaçının üzərində görmədiyini bildirməsi, bu ifadənin X4 və X3 ifadəsi ilə dəstəklənməsi, iddia olunan qızıl-zinət əşyalarının köhnə fotoşəkillərdə əks olunsa da son vaxtlara aid fotoşəkillərdə iddiaçının üzərində müəyyən olunmaması, həmin qızıl əşyaların ümumiyyətlə mövcud olmaması və hazırda cavabdehin sahibliyində olmaması fikrini təsdiqləyir. Tələb olunan geyim əşyalarının nədən ibarət olması nə iddia ərizəsində, nə də məhkəmə prosesində iddiaçı tərəfindən bildirilməmiş, qeyri-müəyyən qalmışdır. Buna görə də iddia 1 ədəd LG markalı, ağ rəngli avtomat paltaryuyan maşın, 1 ədəd əl paltaryuyanı, 1 ədəd qırmızı rəngli, MAKS markalı tozsoran, 1 ədəd 4x4 metr ölçüdə sarı rəngli gəvə, 1 ədəd 2x2 metr ölçüdə qara-qırmızı rəngli gəvə, 1 ədəd ağ rəngli ət çəkən maşın, 1 ədəd açıq boz rəngli elektrik soba, boz rəngli 1 ədəd divan və 2 ədəd kreslo dəsti, palıdı rəngli kapron materialdan 1 ədəd stol və 6 ədəd stul, 2 ədəd yataq örtüyü (pakrıval), o cümlədən 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, gül formalı qızıl komplekt (02 ədəd sırğa və 01 ədəd üzük), 2 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, qara qaşlı qadın üzüyü, 2 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, paxlava formalı, qadın üzüyü, 2 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, yaşıl qaşlı, qadın üzüyü, 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, sadə formalı qadın üzüyü, 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, gül formalı qadın üzüyü, 1 ədəd sarı rəngli, Rusiya istehsalı, 585 əyarlı, 17 qram çəkidə, "yoluçnu" qadın boyunbağısına münasibətdə rədd edilməli, qalan hissədə isə təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə, yəni 3769 manata münasib olaraq iş üzrə ödənilmiş 57.69 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh aşağıda adları göstərilən əşyalar özləri, naturada mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin: - dəyəri 250 manat olan 1 ədəd 5x3 metr ölçüdə ağ-qırmızı rəngli gəvə - dəyəri 150 manat olan 1 ədəd 3x2 metr ölçüdə qırmızı rəngli gəvə - dəyəri 40 manat olan 1 ədəd palıdı rəngli kiçik divar saatı - dəyəri 90 manat olan 1 ədəd qara rəngli iri divar saatı - dəyəri 400 manat olan palıdı rəngli dəmir materialdan 1 ədəd stol və 6 ədəd stul - dəyəri 1000 manat olan 1 ədəd yataq dəsti - dəyəri 100 manat olan 1 ədəd sarı rəngli uşaq çarpayısı - dəyəri 200 manat olan 1 ədəd qara rəngli uşaq arabası - dəyəri 40 manat olan 1 ədəd qara rəngli mikser - dəyəri 100 manat olan 3 ədəd qırmızı, sarı və palıdı rənglərdə üzəri güllü odeyal - dəyəri 70 manat olan 1 ədəd qara rəngli dəmir sandıq - dəyəri 100 manat olan 1 ədəd ağ rəngli sintefon döşək - dəyəri 55 manat olan 48 ədədlik ağ-qırmızı bəzəkli boşqab dəsti - dəyəri 16 manat olan 12 ədəd xrustal çay stəkanı - dəyəri 16 manat olan 12 ədəd ağ-qızılı bəzəkli nəlbəki - dəyəri 15 manat olan 18 ədəd boz-qızılı rəngli çəngəl - dəyəri 30 manat olan 3 ədəd qırmızı rəngli tort bıçağı - dəyəri 40 manat olan 18 ədəd ağ rəngli kompot qədəhi - dəyəri 30 manat olan 25 ədəd ağ rəngli araq qədəhi - dəyəri 35 manat olan 12 ədəd sarı rəngli şirə stəkanı - dəyəri 25 manat olan 6 ədəd göy-qızılı rəngli qrafinka - dəyəri 20 manat olan 6 ədəd ağ bəzəkli qrafinka - dəyəri 70 manat olan 1 dəst çay qızılı rəngli dəskahı - dəyəri 15 manat olan 6 ədəd qara bəzəkli tort boşqabı - dəyəri 15 manat olan 3 ədəd iri ağ-qara rəngli tort boşqabı - dəyəri 20 manat olan 2 ədəd ağ rəngli ayaqlı meyvə qabı - dəyəri 15 manat olan 1 ədəd ayaqsız iri meyvə qabı - dəyəri 30 manat olan 2 ədəd ağ rəngli iri şüşə güldan - dəyəri 15 manat olan 1 ədəd yaşıl güldan - dəyəri 25 manat olan 2 ədəd üçlü qab - dəyəri 25 manat olan 1 ədəd qızılı rəngli küpə güldan - dəyəri 40 manat olan 1 ədəd divan-kreslo üzlüyü - dəyəri 20 manat olan 2 ədəd ağ rəngli stol örtüyü - dəyəri 20 manat olan 6 ədəd əl-üz qətfəsi - dəyəri 35 manat olan 1 ədəd "ana-bala" çaynik dəsti - dəyəri 30 manat olan 2 ədəd iri qapaqlı qənd qabı - dəyəri 20 manat olan 2 ədəd qapaqsız qənd qabı - dəyəri 20 manat olan 1 ədəd iri ayaqlı qənd qabı - dəyəri 40 manat olan 4 ədəd bəzəkli şirniyyat qabı - dəyəri 50 manat olan 1 ədəd iri pələng kuklası, ana-bala - dəyəri 140 manat olan 14 ədəd dipçəklərdə təbii güllər - dəyəri 18 manat olan 1 ədəd boz rəngli ayaqqabı rəfi - dəyəri 20 manat olan 6 ədəd çay fincanı - dəyəri 10 manat olan 2 ədəd konfet qabı - dəyəri 12 manat olan 6 ədəd göy rəngli şirə stəkanı - dəyəri 15 manat olan 6 ədəd kofe fincanı - dəyəri 20 manat olan 2 ədəd qara güllü şokalad qabı - dəyəri 10 manat olan 6 ədəd kiçik ağ bəzəkli salat kasası - dəyəri 12 manat olan 6 ədəd iri ağ-qırmızı rəngli kasa - dəyəri 20 manat olan 2 ədəd uşaq odeyalı - dəyəri 50 manat olan 10 metrə qırmızlı-qaralı kilim - dəyəri 50 manat olan 1 ədəd boz rəngli televizor altı - dəyəri 25 manat olan 1 ədəd dəmir asılqan - dəyəri 45 manat olan 2 ədəd ağ-göy rəngli yorğan üzü - dəyəri 15 manat olan 1 ədəd qırmızı rəngli ləpə çəkən - dəyəri 15 manat olan 1 ədəd qırmızı rəngli blender - dəyəri 30 manat olan 1 ədəd göy rəngli pas-pas döşəmə silən - dəyəri 35 manat olan 1 ədəd ağlı-göylü ütü İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 57.69 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar