Məhkəmə qərarları › İş №2(062)-1490/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1490/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1490/2024 10.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 3500 manat pulun alınaraq ona ödənilməsi xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımışdır. Belə ki, cavabdeh onunla tikinti işlərində birlikdə işləmişdir. Cavabdeh o əmək haqqını işlədiyi günlərin sayın uyğun olaraq hər ayın sonunda hesabına köçürtmə yolu ilə köçürdərək ödəmişdir. Təxminən 6-7 ay bundan əvvəl işi yekunlaşdığından cavabdeh pulunu yenədə köçürtmə yolu ilə köçürərək tam ödəmişdir. Lakin bir müddət öncə, yəni texniki səhv nəticəsində xx.xx.2023-cü ildə Cavabdeh hesabına 10.490 (on min dörd yüz doxsan) manat məbləğində köçürmə etmişdir. Bununla bağlı Cavabdeh müraciət etmişdir. O, ona Gürcüstan Respublikasında olduğunu bildirmiş və 23 mart 2023-cü ildə pulu qaytaracağını demişdir. Cavabdeh onun telefonlarına cavab verməmiş, sonradan ona məlum olmuşdur ki, Cavabdeh həmin pulu qaytarmaq istəmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddiaçı onun oğlunu aldadıb. Belə ki, 10 nəfər adam aparıb bir körpü tikiblər. Uşaqların pulunu mənimsəyibdir. İddiaçı oğlunun kartına pulu uşaqlara ödəmək üçün köçürmüşdür, oğlu isə həmin pulları uşaqlara paylamışdır. İddiaçı onun oğluna 3500 manat pul verəsidir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı hər hansı hüquqi əsas olmadan cavabdehdə pulunun olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, iddianın əsasını təsdiq edən sübutlarını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar