Məhkəmə qərarları › İş №2(062)-1499/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1499/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1499/2024 23.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Tovuz şəhərində 23 avqust 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 3000 manat pulun və 50 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun istifadəsində olan AS Mobile mağazada satıcı kimi işləmişdir. Həmin dövrdə ona məxsus 3000 manatdan çox pulu mənimsəmişdir. Bu barədə dəfələrlə polis şöbəsində olmuşlar, izahatlar verilmişdir. Cavabdeh həmin izahatlarda da etiraf etmişdir. Lakin onun pulunu hələ də qaytarmır. Odur ki, Cavabdeh 3000 manat borc və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə göndərərək, iddianı qəbul etmədiyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli HK-1/882 saylı Polisin qərarından görünür ki, Tovuz rayon Polis Şöbəsində İddiaçı şikayəti əsasında cinayət işi açılmış, araşdırma aparılmış, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir İşə əlavə olunmuş K-1/882 nömrəli materialdan görünür ki, Cavabdeh izahatında bildirir ki, o İddiaçı məxsus mağazada 3 aya yaxın satıcı işləmişdir. Həmin müddətdə oğurluq etməmişdir. Sadəcə olaraq məhsulları olan dəyərindən bir az artıq qiymətə sataraq artıq pulları özünə götürmüşdür. Onun fikrincə, bu hərəkəti ilə təxmini İddiaçı 500 manat ziyan vurmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus mağazada satıcı işləmişdir. İddiaçı cavabdehin onun mağazasından oğurluq etməsi şübhəsi ilə polisə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli HK-1/882 saylı Polisin qərarından görünür ki, Tovuz rayon Polis Şöbəsində İddiaçı şikayəti əsasında cinayət işi açılmış, araşdırma aparılmış, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. K-1/882 nömrəli materialdan görünür ki, Cavabdeh izahatında bildirir ki, o, İddiaçı məxsus mağazada 3 aya yaxın satıcı işləmişdir. Həmin müddətdə oğurluq etməmişdir. Sadəcə olaraq məhsulları olan dəyərindən bir az artıq qiymətə sataraq artıq pulları özünə götürmüşdür. Onun fikrincə, bu hərəkəti ilə təxmini İddiaçı 500 manat ziyan vurmuşdur. İddiaçı cavabdehin onun mallarını mənimsəməsi, yaxud oğurlaması nəticəsində ona 3000 manat məbləğində ziyan vurmasını bildirir. Lakin iddiaçının ərizəsi əsasında cinayət əlamətlərinin tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan oğurluq etməsi təsdiq olunmur. Lakin cavabdeh malların üzərinə əlavə pul qoyub satmaqla iddiaçıya ziyan vurmuşdur və həmin məbləğin 400-500 manat aralığında olmasını etiraf etmişdir. Bununla da, məhkəmə iş üzrə materialları araşdıraraq, hesab edir ki, iddiaçıya vurulmuş məbləğin 500 manatı sübuta yetirilir. İddianın qalan hissəsi sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat pul alınaraq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ödəniləcək məbləğ 500 manat olduğundan ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manatı alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar