Məhkəmə qərarları › İş №2(062)-1501/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1501/2024

24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1501/2024 24.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1.110.000 manat Rusiya rublunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Belarusiya Respublikasının Minsk şəhərində ticarətlə məşğul olur. Belə ki, həm Belarusiya Respublikasından, həm də xarici dövlətlərdən topdan ərzaq malları alaraq Minsk şəhərindəki obyektlərə satır. 2023-cü ilin əvvəllərində cavadeh Cavabdeh ilə tanış olmuşdur. Belə ki, Cavid Rusiya Federasiyasının Krasnadar şəhərində meyvə-tərəvəz satışı bazasında işləyirdi. O, ona Krasnadar şəhərindən Minsk şəhərinə meyvə-tərəvəz göndərə biləcəyini dedi. Ona görə də onların iş birliyi başlamışdı. Razılaşmalarına əsasən o Cavidə pul göndərməli, Cavid isə həmin pula topdan meyvə-tərəvəz alaraq Minskə göndərməli idi. Cavid ona pul göndərərkən Rusiyada kartlara limit qoyulduğu üçün pulu hissə-hissə onun dediyi adamların adına göndərməyi xahiş etdi. Hətta Cavid votsap mobil proqramı vasitəsi ilə həmin şəxslərdən biri olan Emin İsmayılovun bank kartının şəklini də ona atmışdır. Bu məqsədlə o xx.xx.2023-cü il tarixdə həm özü şəxsən, həm də işçilərinin vasitəsi ilə ümumilikdə 1.240000 (bir milyon iki yüz qırx min) Rusiya rublunu Cavidin dediyi şəxslərə göndərmişdir. Cavid isə həmin puldan ona 130.000 rubul (2392 manat) mal göndərib. Qalıq qalan ******* (bir milyon yüz on min) rubl dəyərində malı isə göndərmədi. O dəfələrlə Caviddən pulunu tələb etmiş, lakin Cavid hər dəfə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Ona görə də, Cavabdeh ona olan borclu olduğu 1110000(bir milyon yüz on min) rubl pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkilu iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o ticarətlə məşğul olur. O Eynulla adlı şəxsi tanımır. Belə ki, Eynulla ilə bir dəfə telefon vasitəsi ilə danışmış, başqa vaxt isə hər hansı münasibəti olmamışdır. O iddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi səs yazılarının səsləndirilməsinə etiraz etməyərək göstərdi ki, həqiqətən də ordakı səs qeydləri ona məxsusdur.Ancaq o səsləri İlyas adlı şəxsə göndərmişdir. Səs yazısanda söhbəti gedən 900.000 manat pulun ödənilməsinin Eynullaya aidiyyəti yoxdur. Bu İlyasla bağlı olan məsələdir. O səs yazısının necə olub Eynullaya göndərilməsini bilmir.Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və əsilləri iş materiallarındakı CD diskə köçürülmüş qəbzlərdən görünür ki, Sberbank vasitəsilə ******* rubl pul köçürmələri edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi səs yazılarını dinləyərək, cavabdehin izahatını digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək bu qənaətə gəlir ki, tərəflər arasında nisyı-alqı satqı müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə müəyyənləşdirilmiş məbləğdə pul göndərməyi, cavabdeh isə bunun müqabilində meyvə-tərəvəz göndərmək öhdəliyini üzərinə götürmüşdür . İddiaçı iddia edir ki, cavabdeh göndərilmiş puldan ona 130.000 rublluq mal göndərmişdir. Cavabdeh Rusiyada kartlara limit qoyulduğu üçün pulu ayrı-ayrı şəxslərin adlarına göndərilməsini xahiş etmişdir. Ona görə də o pulları ayrı-ayrı şəxslərin adlarına göndərmişdir. Məhkəmə iddiaçının qeyd edilən dəlillərini əsaslı hesab edir. Belə ki, tərəflərin iştirakı ilə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavid iddiaçıya audio səs göndərərək pul tapa bilmədiyini və bu səbəbdən də Eynulladan səbrli olmağını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh əvvəlki izahatında səs yazsının Eynullaya necə göndərildiyindən məlumatsız olduğunu qeyd edir. Səs yazıları dinlənilərkən isə müəyyən edilir ki, cavabdeh özü “Eynulla” deyərək söhbətə başlayır. Bu da onu deməyə əsas verir ki, Cavid Eynulla ilə bir başa Votsap tətbiqi vasitəsilə əlaqəyə girmişdir. Ona görə də məhkəmə Cavidin qeyd edilən izahatını mülki məsuliyyətdən yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirərək səs yazılarını sübut növü kimi qəbul edir. Eyni zamanda səs yazıları dinlənilərkən müəyyən edilir ki, Cavid Eynulla adlı şəxsə deyir ki, “qardaşım bu kartlara bayaq summa deyirdim, bu iki kartlara 900.000 pul atdır, hərəsinı 450-450, indi mən sənə başqa kart atacam, kartlarımız limit söhbətinə görə bağla bilər. ”Gördüm-pullar gəlibçatıb.Görmüşəm” Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia tələbinin hüquqi əsasını təşkil edən hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun alıcı qarşısında icra edilməmiş öhdəliyi qalmışdır. Bununla da alıcının qanunla qorunan hüquqları pozulmuşdur. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin özünün verdiyi izahatla da müəyyən edilmişdir ki, ona göndərilən pul vəsaiti ayrı-ayrı şəxslərin adlarına göndərilmişdir.Beləliklə müəyyən edilmişdir ki, Sberbank vasitəsilə ******* rubl pul köçürmələri edilmiş, cəmi 130.000 rubl dəyərində mal göndərilmiş, qalan pul və ya mal iddiaçıya göndərilməmişdir. Odur ki, 1.110.000 Rusiya rublu cavabdehdən alınara iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin əslində İlyasla iş görməsi, malların İlyasa verilməsi və yaxud səs yazılarındakı öhdəliyin əslində başqa öhdəlik olmasına dair dəlillərini də qəbul etmir. Belə ki, məhkəmə iclası cavabdehin İlyasın iştirakının təmin edilməsi ilə bağlı xahişi iləı təxirə salınsa da o İlyasın iştirakını təmin etməmişdir. Başqa öhdəliklə bağlı isə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 150 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Rusiya rublunun ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla 1110000(bir milyon yüz on min) Rusiya rublu və 150 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh Rusiya rublunun ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla 1110000(bir milyon yüz on min) Rusiya rublu və 150 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar