Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1515/2023 26.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında avtomobilə dəymiş zərərə görə ödənilmiş pul tələbinə dair mülki işə Tovuz şəhərində 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq subroqasiya qaydasında avtomobilə dəymiş zərərə görə ödənilmiş pul tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarında işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 28 iyun 2022-ci il tarixdə “QAZ-3110” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “KİA SORENTO” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq, “KİA SORENTO” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 310 manat məbləğində ödəniş həyata keçirilmişdir. Odur ki, cavabdehdən “KİA SORENTO” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 310 manat sığorta ödənişi və dövlət rüsumu hesabına ödənilmiş 30,40 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişinin qəbzini imzalasa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, yol nəqliyyat hadisəsi zamanı onun təqsiri olmamışdır, lakin protokol ona tərtib edilmişdir. Ona görə də iddianı qəbul etmir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş 222485 nömrəli sığorta aktından görünür ki, Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “QAZ-3110” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “KİA SORENTO” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur və nəticədə “KİA SORENTO” markalı avtomobilə dəymiş ziyana görə 310 manat sığorta ödənişi edilmişdir. İşə əlavə edilmiş AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 Şəmkir rayonu səbət bazarı ərazisində yol hərəkət qaydasını pozmuş, nəticədə “KİA SORENTO” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində inzibati xəta törətmiş və AR İXM-nin 327.2-ci və 332.1-ci maddələrinə əsasən, 60 manat cərimə edilmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz ərizəsi yazaraq bildirmişdir ki, iddianı qəbul etmir, inzibati qərar ona qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh1 28 iyun 2022-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi “QAZ-3110” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “KİA SORENTO” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq, “KİA SORENTO” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 310 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyindən həm avtomobilin mülkiyyətçisi, həm də idarə edənin mülki məsuliyyət yaranır. Cavabdeh1 məhkəməyə daxil olmuş ərizəsində yol nəqliyyat hadisəsi zamanı təqsirinin olmaması barədə göstərdiyinə məhkəmə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh1 tərtib olunmuş protokola və qəbul edilmiş qərarla razılaşdığını və qərarı mübahisələndirmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda təqsirlilik məsələsi müzakirə obyekti ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 310 manat məbləğində ödənilmiş sığorta məbləği alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və və Cavabdeh2 dəymiş zərərə görə 310 (üç yüz on) manat və dövlət rüsumu hesabına ödənilmiş 30 manat müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1515/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1515/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver