Məhkəmə qərarları › İş №2(062)-1528/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1528/2024

12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1528/2024 12.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh madddi ziyan kimi ona dəymiş 1000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Tovuz rayonu Alakol kənd ərazisində bağ sahəsi vardır. Təxminən 2 il bundan əvvəl həmin bağ sahəsinə 100 ədəd xurma ağacı əkmişdir. Cavabdeh şəxsinə həmin bağ sahəsinin yanında bağ sahəsi vardır. xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsində olan 100 ədəd xurma ağacı cavabdeh şəxsin bağ sahəsində baş vermiş yanğın nəticəsində yanmış və ona təxminən 1000 manat maddi ziyan dəymişdir. Onun sonradan bu barədə məlumatın olmuş və DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Cavabdeh şəxsin öz bağ sahəsində yanğın törətməsi nəticəsində onun xurma ağaclarının yaranmış və məhv olmuşdur. Baş vermiş hadisəylə bağlı Tovuz RPŞ-də araşdİrma aparıımış, lakin cinayət işinin rədd olunması barədə qərar qəbul olunmuş, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh madddi ziyan kimi ona dəymiş 1000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğl bildirdi ki, əgər iddiaçı ona pul verməkdən imtina edirsə onda onun məhv olmuş 100 ədəd xurma ağaclarını versin. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, həmin yanğın onun tərəfindən törədilməmişdir, Yanğın olan zaman o işdə olmuş və hava qarlıydı diyə həmin vaxt yanğın ola bilməzdi. İddianın rədd edilməsini xahiş edtdi. Məhkəmə tərəfləri dinləyib, mülki işə əlavə olunmuş sənəd və şəkilləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 3(062)- 465/2024 saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh AR İXMnin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi müəyyən olunmuş və 20 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd haqqında görünür ki, İddiaçı çikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində İXM-nin 518.1-ci maddəsi ilə inzibat qaydada tədbir görülməsi üçün qərarın sürəti Tovuz RPŞ-nin Qovlar PB-yə göndərilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarxli torpaq çıxarışından görünür ki, “İddiaçı Tovuz rayonu Alakol kənd ərazisində 0.084375 ha torap sahəsi vardır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus olan Tovuz rayonu Alakol kənd ərazisində yerləşən xurma ağaclarına ziyan vurmuşdur. Cavabdeh öz torpaq ərazisində olan yanğın nəticəsində İddiaçı xurma ağacları yanğın nəticəsində yanmışdır. Nəticədə iddiaçının torpaq sahəsində olan xurma ağaclarına 1000 manat ziyan dəymişdir. Tovuz rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 3(062)- 465/2024 saylı inzibati xəta haqqında qərarı ilə, Cavabdeh AR İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi müəyyən olunmuş və o 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh törətdiyi inzibati xəta nəticəsində xurma ağaclarının yanması ilə əlaqədar dəymiş maddi zərər qismində 1000 manat dəyərində ağaclara dəymiş zərərin əvəzi və 30 manat dövlət rüsumu alınıb İddiaçına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar