Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1544/2024 22.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq cavabdeh Soliton LTD MMC-yə ödədiyi 1410 manat pulun geri qaytarılmasını və ödənilmiş 35 manat dövlət rüsümunun alıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Tovuz şəhərində yerləşən “Soliton” mağazasına yaxınlaşaraq kreditlə televizor götürmək istədiyi bildirmişdir. Solitonda işləyən işçi ona LG 55 UQ81006 LB markalı televizoru ona məsləhət görmüşdür. LG ** UQ ***06 LB markalı televizoru 1880 manat kredit vasitəsi ilə almış və o alanda ona bildirmişdilər ki, 1 il zəmanəti vardır. Televizor alındıqdan 6 aydan sonra televizorun ekranında qaralmalar olmuş və işləməmişdir. Solitona yaxınlaşaraq televizorun işləmədiyini bildirmişdir. Soliton onun evinə işçilərini göndərərək televizoru Bakı şəhərində servisə göndərmək lazım olduğunu bildirmiş və aparmışlar. 3 ay televizor onlarda qaldıqdan sonra ona dedilər ki, zəmanət bitibdir. Hətta televizor onlarda olduğu halda da hər ay vaxtlı-vaxtında ödənişlər etmişdir. Odur ki, Soliton LTD MMC mağazasına ödədiyi 1410 manat pulun geri qaytarılmasını və ödənilmiş 35 manat dövlət rüsümunun alıb ona verilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.20223cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hər ay 94 manat ödənişlər etmişdir.Cəmi ödədiyi məbləğ 1034 manat təşkil edir. İşə əlavə olunmuş çekdən görünür ki, İddiaçı Cavabdeh MMC-nin servisinə müraciət edərək televizorda problem olduğunu bildirmiş və televizor təmir üçün Cavabdeh MMC-nin servisinə təhvil vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh MMC-dən LG ** UQ ***06 LB markalı televizor almış, televizorda qüsurlar aşkar edildiyindən həmin televizor Cavabdeh MMC-nin servisinə təhvil verilmiş, cavabdeh həmin əşyaya texniki xidmət göstərildikdən sonra iddiaçıya təhvil veriməsinə və yaxud həmin əşyanın yenisi ilə əvəz edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Nəticədə iddiaçıya 1034 manat məbləğindəziyan dəymişdir. Ona görə də iddia həmin hissədə təmin edilməli, idianın qalan hissəsi sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinəəsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan televizoru götürdükdən sonra həmin televizoru və yaxud iddiaçının ödədiyi pulları iddiaçıya qaytarmağını təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Yəni, cavabdeh televizoru iddiaçıdan texniki xidmət üçün götürdükdən sonra həmin avadanlığı ona qaytarmaq öhdəliyi daşımasına baxmayaraq o bu öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1034 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 1034 manat məbləğində pul və 30,34 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1034 manat pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh MMC-dən 30,34 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1544/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1544/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver