Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1554/2023 15.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3930 manat sığorta ödənişinin məbləği, 59.70 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 15 iyun 2021ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21213” markalı 60BT761 dövlət qediyyat nişanlı avtomobil sığorta müddətində 11 oktyabr 2021-ci il tarixdə Tovuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan”Ford Transit” markalı 99MY639 dövlət qeydiyyat nişanlı və X4 tərəfindən idarə olunan “VAZ- 21011” markalı 10HE842 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Tovuz rayon məhkəməsinin hökümü ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadısəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə bağlı cəmi 3930 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərəçəkənlərin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs-faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini bildirərək, bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərək, iddianı qəbul etdiyini bildirmişdir. O məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlar : İşdəki "xxxx"ASC-nin sığorta müqaviləsinin surətindən görünür ki, Tovuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə qtdiyi “VAZ-21213” markalı 60BT761 avtomobil X2 tərəfindən idarə olunan”Ford Transit” markalı 99MY639 dövlət qediyyat nişanlı və X4 tərəfindən idarə olunan “VAZ-21011” markalı 10HE842 dövlət qediyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində avtomobillərə dəymiş zərərin ümumi məbləği 3930 AZN təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “VAZ-21213” markalı 60BT761 qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan 162816 nömrəli 02.12. 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"ASC tərəfindən X3 hesabına 1750 manat ödənilmişdir. İşdə olan 163071 nömrəli 05.12. 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"ASC tərəfindən X1 hesabına 2180 manat ödənilmişdir. İşdə olan Tovuz rayon Məhkəməsinin hökümündən görünür ki. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli olaraq 1 il müddətina nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum olunmaqla 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İşə əlavə olunmuş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, X2 tərəfindən idarə olunan”Ford Transit” markalı 99MY639 dövlət qediyyat nişanlı avtomaşına 2180 manat və X4 tərəfindən idarə olunan “VAZ-21011” markalı 10HE842 dövlət qediyyat nişanlı avtomobilə isə 1750 manat zərər dəymişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Öncə məhkəmə onu qeyd edir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2.-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İcbari sığorta haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsi əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır İddia təmin olunmalı Cavabdeh 3930 manat sığorta ödənişinin məbləği və 59.70 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 3930 manat sığorta ödənişi və 59.70 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1554/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1554/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver