Məhkəmə qərarları › İş №2(062)-1558/2025

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1558/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1558/2025 05.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 431 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manatın, cəmi 461 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin Tovuz filialı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə LD/16097/00012 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən borcluya illik 25% istifadə haqqı ödəməklə 18 ay müddətinə 652 manat məbləğində kredit verilmişdir. Həmin vaxt borclunun kreditinin təminatı olaraq onunla də zaminlik müqaviləsi imzalanmışdır. Lakin borclu kredit öhdəliyini yerinə yetirmədiyindən əsas məbləğə 154.62 manat faiz, 65.20 manat cərimə yaranmış və beləliklə cəmi 871.82 manat borc yaranmışdır. Bundan sonra "xxxx" MMC məhkəməyə müraciət etmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(62)-6113/2016 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdehdan və zamin olaraq ondan cəmi 871.82 manat pulun müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Bundan sonra məhkəmə əmri qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunan məbləğin 431 manatı onun aylıq maaşından tutulmuşdur. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin borclunun ödəməli olduğu borcu onun əvəzindən borcverənə ödəyərsə, o, reqres (geriyə tələb və ya əks tələb) qaydada ödədiyi məbləği borcludan tələb edə bilər. Ona görə də hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli LD/16097/00012 saylı kredit müqaviləsi əsasında borclu olduğu cəmi 871.82 manat pulun 431 manatı onun tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehdən alınaraq ona verilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 2(062)-6113/2016 nömrəli məhkəmə əmrinə əsasən, "xxxx" MMC-nin Tovuz filialı ilə borclu Cavabdeh arasında 06 aprel 2016-cı il tarixdə LD/16097/00012 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borcluya illik 25% istifadə haqqı ödəməklə 18 ay müddətinə 652 (altı yüz əlli iki) manat məbləğində kredit verilmişdir. "xxxx" MMC-nin Tovuz filialından Cavabdeh götürdüyü kreditin təminatı kimi İddiaçı ilə 06 aprel 2016-cı il tarixdə LD/16097/00012 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və hazırda onun "xxxx" MMC-yə 652 manat əsas, 154,62 manat faiz, 65,20 manat cərimə, cəmi 871,82 (səkkiz yüz yetmiş bir manat səksən iki qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh və İddiaçı müştərək qaydada kreditor "xxxx" MMC-nin xeyrinə 652 manat əsas, 154.62 manat faiz, 65.20 manat cərimə, cəmi 871.82 manat məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. X1 İstismarı İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Tovuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun icrası olaraq "xxxx" MMCnin xeyrinə İddiaçı hesablanan aylıq əmək haqqısından məhkəmə qərarı ilə tutulmaları 2023-cü ili mart ayından 2024-cü ilin fevral ayına qədər cəmi 431.33 manat olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “"xxxx" MMC-nin Tovuz filialı ilə borclu Cavabdeh arasında 06 aprel 2016-cı il tarixdə LD/16097/00012 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borcluya illik 25% istifadə haqqı ödəməklə 18 ay müddətinə 652 (altı yüz əlli iki) manat məbləğində kredit verilmişdir. "xxxx" MMC-nin Tovuz filialından Cavabdeh götürdüyü kreditin təminatı kimi İddiaçı ilə 06 aprel 2016-cı il tarixdə LD/16097/00012 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tovuz Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 2(062)-6113/2016 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada kreditor "xxxx" MMC-nin xeyrinə 652 manat əsas, 154.62 manat faiz, 65.20 manat cərimə, cəmi 871.82 manat məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. Həmin məhkəmə əmrinin icrası ilə bağlı "xxxx" MMC-nin xeyrinə İddiaçı hesablanan aylıq əmək haqqısından 2023-cü ili mart ayından 2024-cü ilin fevral ayına qədər cəmi 431.33 manat tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Belə olan halda Həsənov İddiaçı Yasəmən İsa qızından ödədiyi məbləği geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc kimi 431 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 241, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc kimi 431 (dörd yüz otuz bir) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar