Məhkəmə qərarları › İş №2(062)-158/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-158/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-158/2024 31.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Rusan qızının katibliyi Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədzadə X1 Nazim Binnət oğluna qarşı iddia qaldıraraq cavabdehdən 5000 manat məbləğində pulun, 100 manat yol pulu üçün ödədiyi pulu və dövlət rüsumu hesabına ödənilmiş 70 manat pulun, ümumilikdə isə 5170 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. Həyat yoldaşı X2 ilə xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Rövşən Zeynalov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı Rövşən vəfat etməzdən əvvəl Tovuz şəhər Bələdiyyəsinin işçisi kimi tanıdığı Cavabdeh Tovuz şəhəri çaykənarı adlanan yerdən torpaq almaq üçün razılaşmışlar. Bu səbəbdən də Cavabdeh Tovuz şəhəri M.Musayev küçəsində yerləşən “Buta” adlı mebel mağazasından 5000 manat dəyərində mebel almışdır. Onların arasında olan razılığa əsasən onlar mebeli alıb cavabdehə verdikdən sonra o, həmin torpaq sahəsinə aid sənədləri təqdim edəcəkdir. Lakin daha sonra onlara məlum olmuş ki, cavabdeh aldadaraq onlarla razılaşdığı torpaq sahəsi Ekologiya Nazirliyinə aiddir, ona görə də, sənədləri onlara təqdim etməmişdir. Həyat yoldaşı Rövşən vəfat etməzdən əvvəl aldığı mebel dəstinin pulunu cavabdehdən dəfələrlə istəməsinə baxmayaraq cavabdeh onu aldatmış, yalan vədlər verərək onların pulunu geri qaytarmamışdır. Məsələ ilə bağlı Tovuz rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Tovuz rayon polis şöbəsinin TB-si tərəfindən 01 dekabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” qərar qəbul edilmişdir. Cavabdeh ona verdiyi puldan heç bir ödəniş etməmişdir. Ona görə də, cavabdehdən 5000 manat məbləğində pulun, 100 manat yol pulu üçün ödədiyi pulu və dövlət rüsumu hesabına ödənilmiş 70 manat pulun, ümumilikdə isə 5170 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçının heç tanımır. Başqa vaxt onu heç yerdə görməmişdir. Rövşən Dünyaxanım adlı şəxsin işçisi olmuşdur. Əksinə o Rövşən adlı şəxsə 5000 min manat pul vermişdir. Lakin Rövşən həmin pulu geri qaytarmamışdır. Sonradan Rövşən işlədiyi mağazadan pulun əvəzinə mebel götürmüşdür. Ümumiyətlə o borcun əvəzinə mebel götürmüşdür. Torpaqla bağlı heç bir razılaşma olmamışdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Əvvəlik məhkəmə iclasında içştirak edən İddiaçı iddia tələbini müdafuə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, İddiaçı tanımır. Rövşən adlı şəxs təxminən 2021-ci ildə onun yanına gələrək demişdir ki, Cavabdeh ilə görüşəcək. O Cavabdeh pul istəmişdir . Həqiqətən də Rövşən Cavabdeh 5000 manat pul götürmüşdür. Pulu verən zaman o və Quliyev İlham da orada olmuşdur. Nazim Rövşənə verdiyi pulun əvəzinə mebel götürmüşdür. Mebeli götürən zaman o, Rövşən və İlham orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, İddiaçı tanımır. O əvvələr mebel maqazinində satıçı işləyirdi. Həmin maqazinin sahibi Elxan və Məcid adlı şəxslər olmuşdu. Rövşən adlı şəxs həmin şəxslər şərik olmuşdu. Rövşən özü dedi ki, onun Nazimə borcu var. Ona görə də, Nazimə mebel vermişdir. Mebelin qiyməti əslində 3900 manat idi, lakin Nazimə 4300 manat hesabı ilə vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsinin sahibidir Rövşən adlı şəxs həmin yeri icarəyə götürmüşdü. Sonradan ona məlum olmuşdur ki, o icarə haqqını verə bilməmişdi. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı bortc müqaviləsinə istinad edərək cavabdehdən pul tələb edir. Məhkəmə araşdırılması zamanı iddiaçının mərhum əri ilə hazırki iş üzrə cavabdeh arasında hər hansı öhdəliyin yaranması müəyyən edilməmişdir. İddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı polis şöbəsində izahatında göstərmişdir ki, mərthum ərinin mebeli haradan alması xəbəri olmamışdır. Bütün bunlar Məcid adlı şəxsin gözləri önündə olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı Məcid adlı şəxsin məhkəmədə şahid qismində dindirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə görə tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanılır. İşin faktiki hallarından görünür ki, iddiaçının yoldaşının cavabdehə borc verilməsi ilə bağlı nə yazılı nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının yoldaşının cavabdehə pul verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar