Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-160/2024 15.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 15 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 6000 (altı min manat) manat pulun, “onluq” qızıl külçənin özünün və ya özü olmadıqda dəyəri olan 1500 manat pulun, 150 manat vəkil xərcinin və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Cavabdeh telefon mağazasında işlədiyi zaman tanış olmuşdur. Tanışlıqdan bir müddət sonra ondan işə düzəltmək adıyla 1500 manat pul istəmişdir. Ondan sənədləri və 1000 manat pulu alaraq dostu Nəsimiyə verəcəyini demişdir. Lakin pulu Nəsimi adlı şəxsə verməsini sübut edəcək heç nə təqdim etməmişdir. Bundan sonra cavabdeh iş üçün yenidən 500 manat pul lazım olduğunu bildirmişdir. 500 manatı da aparıb Bakı şəhərinə getmiş, pulu cavabdehə vermişdir. Həmin vaxt cavabdeh ona Bakıda kirayədə qalmağı təklif etmiş və həmin 500 manatı da kirayəyə vermişdir. 2023-cü ilin aprel ayında 500 manat pulu oğlu Əli adlı uşağın müalicəsinə xərcləyəcəyini bildirirərək ondan almışdır. Sonradan isə atasından yadigar qalan 1500 manat dəyərində onluq qızıl külçəni ondan yalvararaq istəmiş, lombarda qoyaraq pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, lombarda olan borcunu ödəmir, qızıl külçə borcun əvəzinə satılmaq üzrədir. Ona görə başqa yerdən borc pul taparaq lombarddan qızılı çıxartmışdır. Lakin cavabdeh həmin qızıl külçəni küçədə qabağını kəsərək yenidən ondan istəmiş, lombarda qoyub xeyli pul götürüb ona olan borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonra da müxtəlif bəhanələrlə, müxtəlif vaxtlarda cəmi 6000 manat ondan pul almışdır. Hazırda cavabdehlə razılaşmışlar. Ona görə də, cəmi 6000 manatın və 150 manat vəkil xərcinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, iddiaçıdan bir neçə dəfə borc pul almışdır. Lakin iddiaçının dediyi qədər pul borclu deyildir. Hazırda iddiaçı ilə razılaşmışlar. Məhkəməyə verdiyi ərizədən də məlum olduğu kimi 6000 manatı iddiaçıya qaytaracağına söz verir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda borc pul almışdır. Lakin həmin borcu qaytarmamışdır. İddia tələbinin 6000 manat hissəsini cavabdeh etiraf edir. Ona görə də iddia qismən təmin edilməlidir. İddiaçının qızıl onluğa aid qalan hissəsinin cavabdehə verilməsi məhkəmə iclasında sübuta yetirilmədi. Odur ki, 6000 (altı min manat) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Həmçinin hüquqi yardım üçün ödədiyi 150 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh pulu iddiaçıdan borc götürdüyünə görə Mülki Məcəllənin borca aid müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşdə olan qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün 150 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də hüquqi yardım üçün ödədiyi 150 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 6000 manat məbləğində pul, 150 manat vəkil xərci və 80 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 6000 (altı min manat) manat pul, 150 manat vəkil xərci və 80 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-160/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-160/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver