Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1604/2024 01.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödənilmiş borc hesabına 990,75 manat və dövlət rüsumu hesabına ödədiyi 30 manat cəmi 1020,75 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Mustafayev San Ramiz oğlu 2020-ci İlin iyun ayının əvvəllərində ayında maddi sıxıntısı olduğunu ona bildirdi və "xxxx" BOKT ASC-dən 2800 manat məbləğində kredit götürərkən ondan ona zamin olmasını təklif etmişdir. Cavabdeh ilə qonşu olduğuna görə aralarında yaxın münasibətləri olmuş və onun bankdan aldığı krediti vaxtlı-vaxtında ödəyəcəyi barədə sözünə inanaraq ona zamin olmuşdur. Lakin Cavabdeh ’'Finoko" BORT ASC-dən aldığı kreditin bir hissəsini ödədikdən sonra qalan hissəsini ödəməkdən boyu qaçırdı və "xxxx" BOKT ASC-nin məhkəməyə müraciəti əsasında Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2021-ei İl tarixli qətnaməsi ilə borcun müştərək qaydada cavabdehdən və ondan tutulması qət edilmişdir. Həmin qərara əsasən onun əmək haqqısından Mustafayev San Ramiz oğlunun kredit borcu hesabına 990.75 manat ‘’Finoko" BOKT ASC-ııin hesabına köçürülmüşdür. Hlesab edir ki, Cavabdeh əvəzinə ödədiyi 990.75 manat pulu ona ödəməyə borcludur. Ona görə də, Cavabdeh müqavilə üzrə ödənilmiş borc hesabına 990,75 manat və dövlət rüsumu hesabına ödədiyi 30 manat cəmi 1020,75 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tovuz rayon Məhkəməsinin 17 noyabr 22021-ci il tarixli, 2(062)2524/2021 saylı qətnamədən görünür ki, Cavabdeh Finoko BOKT ASC-dən kredit götürmüş, İddiaçı isə həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı əmək haqqısından Finoko BOKT ASC-nin hesabına 9 ay müddətinə tutulmalar olmuş və bu tutulmalar 990,75 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh Finoko BOKT ASC-dən kredit götürmüş, İddiaçı ilə isə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı əmək haqqısından Finoko BOKT ASC-nin hesabına 9 ay müddətinə tutulmalar olmuş və bu tutulmalar 990,75 manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyed edilən məcəllənin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi, borclu zaminliklə təmin öhdəliyi icra etməmiş, həmin öhdəlik hazırki iş üzrə iddiaçı tərəfindən icra edilmişdir. Göründüyü kimi iddiaçı yəni zamin müqavilədə nəzərdə tutulmuş qayydada öhdəliklərinin yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Yuxarda sadalanan maddi hüququ normalarının məhkəmə tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli 990,75 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda iş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 990,75 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1604/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1604/2024
01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver