Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-170/2025 30.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 30 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 2500 (iki min beş yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, cavabdeh kəndlərində bələdiyyə sədri olmuşdur. Bələdiyyə sədri olan zaman 6 aylıq icarə müqaviləsi bağlayaraq torpaqdan istifadə etmişdir. Sonradan cavabdeh ona 1500 manat müqabilində torpaq sahəsini 30 illik icarəyə verməyi bildirmişdir. Cavabdeh onunla müqavilə bağlamış, lakin sonradan bilmişdir ki, həmin müqavilə saxtadır. Dəfələrlə cavabdehdən həmin pulu qaytarmağı tələb etsə də, cavabdeh qaytarmamışdır. Həmçinin bu işlə bağlı cinayət işi də olmuş, onun barəsində hökm də çıxmışdır. Cavabdeh ona maddi və mənəvi ziyan olaraq 2500 manat ziyan vurmuşdur. Odur ki, Cavabdeh 2500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə müqavilə bağlayaraq torpaq sahəsini icarəyə vermişdir. Cinayət işindən də məlum olduğu kimi ona pul qaytaracaqdır. Lakin həmin pulun məbləği isə 2500 manat deyildir. Hissə-hissə iddiaçı ona pul vermişdir, lakin cəmi 1500 manata qədər olar. İddiaçının tələb etdiyi məbləğ çoxdur. Qalan 1500 manat pulu isə hissə-hissə qaytaracaqdır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 1(062)-107/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh saxta sənəd əsasında İddiaçı icarəyə torpaq sahəsi vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Tovuz rayon Böyük Qışlaq kəndinin keçmiş bələdiyyə sədri olmuşdur. Tovuz Rayon Məhkəməsinin 1(062)- 107/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh saxta sənəd əsasında İddiaçı icarəyə torpaq sahəsi vermişdir. Cavabdeh özü də etiraf etmişdir ki, hissə-hissə olmaqla, iddiaçı ona cəmi 1500 manat pul vermişdir. İddiaçı həmçinin əlavə xərclərinin və mənəvi ziyanın olmasını göstərsə də, bu halın nədən ibarət olmasını və sübutlarını təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1500 manat alınıb iddiaçıya ödənilməlidir. Odur ki, 1500 (min beş yüz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi sübut olunmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 1500 manat məbləğində pul və 35 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 1500 (min beş yüz) manat pul, ödənilmiş dövlət rüsumunun 35 manatı alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-170/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-170/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver