Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1748/2025 24.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ X1 Adil orlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat pulun və 47 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi əvvəllər tanımamış, cavabdehin usta olmasını o sosial şəbəkədən görərək əl işlərini bəyənmişdir. Həyətində manqal yığmasını istəmişdir. Aralarında danışıq olmuş və razılaşmaya əsasən 2000 manat pul almışdır. 2024-cü ilin fevral ayının sonunda cavabdehə əlbəəl 2000 manat pul vermişdir. Pulu verdikdən sonra o, xaricə səfər edəcəyini ona bildirmişdir. O bildirmişdir ki, 800 manat pul lazımdır. O, cavabdehin göndərdiyi karta 700 manat pul göndərmişdir. Xaricdən qayıtdıqdan sonra görmüşdür ki, heç bir iş görülməyib. O, cavabdehlə əlaqə yaratmaq istədikdə bu mümkün olmamışdır. O, cavabdehin ailəsini taparaq belə hərəkət etməsini bildirmişdir. Hətta işi yubatmasını bağışlayacağını və hazırda işi başlayaraq tezliklə bitirməsini də ailəsinə bildirmişdir. Lakin buna baxmayaraq bu cəhdinin də heç bir mənası olmamışdır. Daha sonra Tovuz RPŞ-yə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda cavabdehin ona olan borcu 2700 manat təşkil edir. Ondan dəfələrlə şifahi şəkildə borcunu tələb etsə də artıq o buna heç bir məhəl qoymur. Bu səbəbdən də, məhkəməyə müracfət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiazgngn bildirdiklərindən də aydgn olur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmış, iddiaçı cavabdehə ona manqal hazırlamağı sifariş etmiş, buna görə öncədən 2700 manat ödəniş etmiş, bununla da iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh isə sifarişi yerinə yetirməməklə yanaşı iddiaçının ödədiyi pulu da geri qaytarmamışdır. Azərbaycan Respublikasg Mğlki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə iclası zamanı elektron məhkəmə informasiya sistemindən cavabdehə aid telefon məlumatları öyrənilmiş, nömrələrdən birinə zəng edilərkən özünü cavabdehin arvadı kimi təqdim edən şəxs cavabdehin telefon nömrəsini verməkdən imtina etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi telefon danışıqlarını tədqiq edərək, öz daxili inamını rəhbər tutaraq bu qənaətə gəlir ki, iddiaçı tərəfindən işlərin görülməsi üçün 2700 manat ödəniş edilmişdir. Vəkalət alan-cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək öhdəliyi yerinə yetirdiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 2700 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 47 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1748/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1748/2025
24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver