Məhkəmə qərarları › İş №2(062)-1752/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1752/2025

07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1752/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun, 50 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3050 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlığı olmuşdur. Belə ki, Aftandil ev ustasıdır, onun evində usta kimi işləmişdir, tanışlıqları bu cür yaranmışdır. O, ehtiyacı olduğu üçün 2022-ci ilin oktyabr ayının 13-də Cavabdeh 3000 manat borc pul vermişdir. Aftandil həmin pulu 2023-cü ilin fevral ayının 25-i qaytaracağına söz vermişdir. O, bu barədə sadə yazılı qəbzə imza edərək ondan həqiqətən 3000 manat borc pul aldığını, həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz vermişdir. Qəbzi həmçinin, oğlu X2 və tanışları Orxan Əmirov imzalayaraq Afatndilin ondan borc aldığını təsdiq etmişdir. Lakin həmin müddət çoxdan bitməsinə baxmayaraq bu günədək Aftandil borcu qaytarmamışdır. Dəfələrlə ondan borcunu istəsə də, heç bir müsbət nəticəsi olmamış və Aftandil pulu qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra 2025-ci ilin mart ayında Aftandil barəsində Gədəbəy rayon polis şöbəsinə şikayət olunmuş, xx.xx.2025-ci il tarixdə onun Gədəbəy rayon Polis şöbəsində izahatı alınmış, o, izahatında da ondan həqiqətən 3000 manat borc pul aldığını etiraf etmişdir. Bu gün də cavabdeh borcu qaytarmır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh-İddiaçı 3000 manat borc pul almışdır. İş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, araşdırma aparılarkən Cavabdeh 3000 manat borc pul aldığını, lakin həmin pulu hazırki vaxta kimi vermədiyini və maddi imkanı yaxşı olan zamanı 3000 manat pul borcunu verəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Hazırkı iş üzrə iddiaçı mülkiyyətinə verdiyi 3000 manat pulun cavabdehdən tutulması xahiş etmişdir. Cavabdeh tərəfdən daha az borcunun qalması və (ya) daha çox ödəniş etməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 3000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar