Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1755/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən **********64-10301saylı reyestrdə göstərilən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun adına Tovuz şəhəri, Sabir küçəsində ümumi sahəsi 121.2 kv. m olan fərdi yaşayış evi vardır və həmin ev daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə adına qeydə alınmışdır. Mübahisə olunan mənzil üzərində onun xüsusi mülkiyyət hüququ vardır. Bu barədə adına reyestrdən çıxarış verilmişdir. Cavabdeh qaynı X1 arvadıdır. Cavabdeh Sabir Məmmədovla 2010-cu ildə evlənib ailə qurmuş və onların birgə nikahlarından iki uşaqları olmuşdur. Aralarında yaranan narazılığa görə faktiki olaraq ayrılmışlar və cavabdeh 2023-cü ildən atası evindədir. Onların nikahı məhkəmə qaydasında pozulmuşdur və cavabdeh uşaqları ilə birlikdə atası evində yaşayır və bildiyinə görə başqa yerdə ev alıb, orada yaşayır. Ona məxsus cehiz əşyaları onun mülkiyyətində olan fərdi yaşayış evinin bir otağında yerləşdirilmişdir . Həmin evdə cavabdehin istifadə hüququ yoxdur. Ona məxsus cehiz əşyalarının ona məxsus evdə olması onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə ki, Cavabdeh ona məxsus otağın qapısını qıfıllamış, həmin otaqdan onun istifadə hüququnu pozmuşdur. Otağın qapısı qıfıllı olduğundan həmin otağa girib çıxa bilmir. Belə ki, Cavabdeh sonuncu dəfə atası evinə gedəndən otağın qapısını bağlamışdır. Cavabdehə məxsus cehiz əşyaları da həmin otaqdadır. Ceyrana məxsus cehiş əşyalarını könüllü olaraq ona təhvil vermək istəyir. Onunla cavabdeh arasında ailə münasibəti yoxdur, Cavabdeh ailə üzvü deyil. Mübahisəli fərdi yaşayış evində cavabdehin yaşaması üçün aralarında heç bir müqavilə yoxdur və cavabdeh onun ailə üzvü olmadığına görə həmin evdə onun istifadə hüququ yoxdur. Ona görə də hesab edir ki, həmin cehiz əşyaları məhkəmə qaydasında evindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasının təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq izahatında göstərdi ki, Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin RX ******* seriyalı, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli evdə yaşamayaraq, mülkiyyətçi ilə hər hansı hüququ münasibətində olmadığına baxmayaraq ona məxsus olan əşyalar həmin evdədir. İddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur, bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları ünvan 1 ünvanından çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1755/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1755/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver