Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1829/2024 31.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mədət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mədət qızından iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının özlərinin, özlərinin naturada alınması mümkün olmadıqda isə onun dəyəri olan 6300 manatın, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu hesabına ödədiyi 85 manatın və hüquqi yardım üçün ödədiyi 300 manat vəkil xərcinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o salonda dırnaq ustası işləyir və salona müştəri kimi gələn Cavabdeh Mədət qızı ilə tanışlığı yaranmışdır. Ona 2021-ci ilin oktyabr ayının axırında pul lazım olmuşdur. O Cavabdeh müraciət etmiş və 2600 manat lazım oduğunu bildirmış, o da ona qızıllarını girov kimi götürəcəyini bildirmiş və razılaşmışlar. Cavabdehə 583 əyarlı 20 qram çəkidə olan 2000 manat dəyərində 1 ədəd boyunbağı, 585 əyarlı 20 qram çəkidə olan 2000 manat dəyərində 1 ədəd komplekt (boyunbağı, sırğa, üzük, klon)585 əyarlı 5 qram çəkidə 1 ədəd klonla birlikdə dəyəri 500 manat olan boyunbağı, dəyəri 900 manat olan 9 qram çəkidə 585 əyarlı 3 ədəd üzük, dəyəri 500 manat olan 5 qram çəkidə 585 əyarlı 1 ədəd sırğa, dəyəri 400 manat olan 585 əyarlı 2 ədəd uşaq sırğasından ibarət qızıl-zinət əşyaları vermiş və ondan 2600 manatı almışdır. İki il ərzində hər ay ərzində 260 manat pul ödəməyi barədə razılığa gəlmişlər. 3 ilə yaxındır ki, 260 manatdan çox ona pul ödəmiş, ümumilikdə 9000 manata yaxın ödəniş etmişdir. Qızıllarını ona qaytarmır. O hər dəfə bununla bağlı cavadehə müraciət etdikdə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Qızıllarının cavabdehdə olması ilə bağlı aralarında yazışmalar mövcuddur. Cavabdeh aralarında olan yazışmalarda qızılların onda olmasını etiraf edir. Ona görə də, X1 iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının özlərinin, özlərinin naturada alınması mümkün olmadıqda isə onun dəyəri olan 6300 manatın, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu hesabına ödədiyi 85 manatın və hüquqi yardım üçün ödədiyi 300 manat vəkil xərcinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Mədət qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə iclasında cavabdeh X2 ilə telefon əlaqəsi saxlanılmış, həmin iclas audio-video çəkiliş aparılmaqla həyata keçirilmiş, Cavabdeh Mədət qızı iddianı etiraf edərək iddiaçının iddia etdiyi qızılları ondan aldığını bildirərək qızılların bankda olmasını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iddia edilən qızıl-zinət əşyalarının ümumi dəyəri 6300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırılmasızamanı müəyyən edildi ki, iddiaçının tələb etdiyi əşyalar cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh məhkəmə iclasında iştirak etməyərək həmin əşyaların onun qanuni sahibliyində olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb edilən qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməli, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri alınaraq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 85 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Vəkil xərcinə dair hissədə sübut təqdim edilmədiyindən həmin xərcə aid tələb təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Mədət qızından 583 əyarlı 20 qram çəkidə 1 ədəd boyunbağı, 585 əyarlı 20 qram çəkidə 1 ədəd komplekt (boyunbağı, sırğa, üzük, klon), 585 əyarlı 5 qram çəkidə 1 ədəd klonla birlikdə boyunbağı, 9 qram çəkidə 585 əyarlı 3 ədəd üzük, 5 qram çəkidə 585 əyarlı 1 ədəd sırğa, 585 əyarlı 2 ədəd uşaq sırğasından ibarət qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları naturada mövcud olmadığı təqdirdə onların dəyəri olan 6300 (altı min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 85 (səksən beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1829/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1829/2024
31.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver