Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1866/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq Tovuz rayonu, Ağbulaq ərazi idarəsi, Ağbulaq kəndində olan fərdi yaşayış evində saxlanılan ona məxsus olan cehiz əşyaları - qaşığın, çəngəlin, balaca qaşıq servis dəstinin, bıçaq dəstinin, qoz qıranın, sarmısaq əzən dəstinin, mikserin, tozsoranın, ətçəkənin, sobanın, paltar yuyanın, qonaq qab-qacaq servis dəstinin, gündəlik qabların, gündəlik stəkan dəstinin, tort qablarının, tort boşqablarının, çaynik və dəm çaynikin, gülqabının, külqabının, meyvə qablarının, xrüstaların, paltar setkasının, vannanın, zibil qutusunun, ədyalların, qonaq otağı pərdəsinin, yataq otağı pərdəsinin, mətbəx pərdəsinin, xalçaların, yataq dəsti pakrıvalların, balış üzü dəstinin, prostinaların, döşəklərin, yorğanların, qazanın, tava dəstinin, qazan tutan əlçəyin, dəsmalların, qab dəsmalların, sintifon tək və cüt yorğanların, çörək qabının, çıl-çıraqların, şəxsi geyimlərin, əl işi ilə hazırlanmış divar saatının, döşəmə silən vedrə şotkasın, paltar çamadanın, qab yığılan qab setkasının, ədviyyat qabı dəstinin, xrustal su bakalların, can məhrəbaların, konfet qabların, gündəlik və qonaq üçün konfet qabların, obedni çaynik dəstinin, çay dəsmalın, aşsüzənin, xırdavat qab-qacaqların, masa şifonerin, dəyəri 1.000 manat olan soyuducunun, dəyəri 817 manat olan paltar yuyanın, dəyəri 680 manat olan masanın, dəyəri 195 manat olan qazın, dəyəri 130 manat olan aspiratorun, dəyəri 1.040 manat olan 8 ədəd stulun, dəyəri 1.250 manat künc divanın, dəyəri 170 manat olan moykanın, dəyəri 1.615 manat olan mətbəxin, dəyəri 500 manat olan televizorun, qeyd olunan əşyalar (cehiz və qızıl zinət) olmadıqda onların dəyərinin; həmçinin qızıllar - çəkisi 4 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram Rusiya istehsalı olan pandora formalı baldızının hədiyyə etdiyi sırğa, çəkisi 6 qram olan baldızının hədiyyə etdiyi ağ qızıl üzük, çəkisi 8 qram Rusiya istehsalı olan mərhum ərinin xalasının hədiyyə etdiyi qızıl qolbağı, çəkisi 40 qram olan brilyant qaşlı komplekt, çəkisi 4 qram Rusiya istehsalı olan anasının hədiyyə etdiyi qolbağı, çəkisi 5 qram olan gümüş komplekt, çəkisi 5 qram olan və mərhum ərinin əmisi arvadı tərəfindən hədiyyə edilmiş pandora formalı üzükdən ibarət qızıl-zinət əşyalarının dəyərinin, dəymiş 700 manat maddi zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 ilə xx.xx.2023-cü il tarixdə ailə qurmuş, lakin 2024-cü ilin anvar ayında ailədə bədbəxt hadisə baş vermişdir. Həyat yoldaşı Əli Həsənov faciəvi şəkildə dəm qazından dünyasını dəyişmışdir. Belə ki, ailə həyatı qurduğu zaman valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları cavabdehin Tovuz rayonu Ağbulaq ərazi idarəsi Ağbulaq kəndi olan fərdi yaşayış evinə aparılmışdır. Hal-hazırda ordadır. Həmçinin ailə həyatı qurduğu zaman ona qızıl-zinət əşyaları hədiyyə edilərək verilmişdir. Həmin qızıl-zinət əşyaları da cavabdehin evindədir. Bütün bunlar foto və video çəkilişlər də vardır. Mərhum həyat yoldaşı dünyasını dəyişdikdən sonra o, anasının yanına gəlmişdir. 2025-ci mart ayında cavabdehlə əlaqə saxlayaraq onun cehiz və zinət əşyalarının qaytarılmasını ondan xahiş etmiş, onun tərəfindən bununla bağlı heç bir etiraz olmamışdır. Razılıq əldə edildikdən sonra cehiz və zinət əşyalarının cavabdehin Tovuz rayonu, Ağbulaq ərazi idarəsi, Ağbulaq kəndi olan fərdi yaşayış evindən gətirmək üçün şirkətə 550 manat ödəniş olunaraq Bakıdan maşınla cavabdehin yuxarıda qeyd olunan ünvana anası, dayısı, xalası və daşıyıcı şirkətin əməkdaşları getmişlər. Lakin, gözləmədiyi halda xoşagəlməz vəziyyət yaranmışdır belə ki, cavabdeh cehiz əşyaların verəcəyini bildirsə də, anası, dayısı, xalası və daşıyıcı şirkətin əməkdaşları ünvana çatdıqları zaman cehiz əşyalarını qaytarmayacağı bildirmişdir. Bu zaman anası Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə müraciət etmiş, hadisə yerinə gələn Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən anasından izahat alınmışdır. Daha sonra polis əməkdaşları bildirmişlər ki, bu iş polislik deyil, mülki xarakterli iş olduğundan məhkəməyə müraciət etməlisiniz. Cavabdehin ünvanına getmək üçün 150 manat nəqliyyat xərci çıxmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə ona 700 manat əlavə zərər dəymişdir. Cavabdeh ona məxsus olan hal-hazırda onun yaşayış evində saxlanılan əşyaları - qaşığın, çəngəlin, balaca qaşıq servis dəstinin, bıçaq dəstinin, qoz qıranın, sarmısaq əzən dəstinin, mikselin, tozsoranın, ətçəkənın, tvofkanın, paltar yuyanın, qonaq qabqacaq servis dəstinin, gündəlik qabların, gündəlik stəkan dəstinin, tort qablarının, tort boşqablarının, çaynik və dəm çaynikin, gülqabının, külqabının, meyvə qablarının, xrüstaların, paltar setkasının, vannanın, zibil qutusunun, ədyalların, qonaq otağı pərdəsinin, yataq otağı pərdəsinin, mətbəx pərdəsinin, xalçaların, yataq dəsti pakrıvalların, balış üzü dəstinin, prostinaların, döşəklərin, yorğanların, qazanın, tava dəstinin, qazan tutan əlçəkin, dəsmalların, qab dəsmalların, sintifon tək və cüt yorğanların, çörək qabının, cır-çıraqların, şəxsi geyimlərinin, əl işi ilə hazırlanmış divar saatının, döşəmə silən vedrə şotkası, paltar çamadanın, qab yığılan qab setkasın, ədviyyat qabı dəstinin, xrustal su bakalların, can məhrəbaların, konfet qabların, gündəlik və qonaq üçün konfet qabların, obedni çaynik dəstinin, çay dəsmalın, aşsüzənin, xırdavat qab-qacaqların, masa şifonerin, dəyəri 1.000 manat olan soyuducun, dəyəri 817 manat olan paltar yuyanın, dəyəri 680 manat olan masanın, dəyəri 195 manat olan qazın, dəyəri 130 manat olan aspiratorun, dəyəri 1.040 manat olan 8 ədəd stulun, dəyəri 1.250 manat künc divanın, dəyəri 170 manat olan moykanın, dəyəri 1.615 manat olan mətbəxin, dəyəri 500 manat olan televizorun, həmçinin qızıllar- çəkisi 4 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram Rusiya istehsalı olan pandora formalı baldızının hədiyyə etdiyi sırğa, çəkisi 6 qram olan baldızının hədiyyə etdiyi ağ qızıl üzük, çəkisi 8 qram Rusiya istehsalı olan mərhum ərinin xalasının hədiyyə etdiyi qızıl qolbağı, çəkisi 40 qram olan brilyant qaşlı komplekt, çəkisi 4 qram Rusiya istehsalı olan anasının hədiyyə etdiyi qolbağı, çəkisi 5 qram olan gümüş komplekt, çəkisi 5 qram olan və mərhum ərinin əmisi arvadı tərəfindən hədiyyə edilmiş pandora formalı üzükdən ibarət qızıl-zinət əşyalarının dəyərinin alınıb ona verilməsini xahiş edir. O qızıl-zinət əşyasına aid hissədə qızılların qiymətini dəqiqləşdirərək cavabdehdən çəkisi 4 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram, Rusiya istehsalı olan, pandora formalı baldızımın hədiyyə etdiyi sırğa, çəkisi 6 qram olan baldızımın hədiyyə etdiyi ağ qızıl üzük, çəkisi 8 qram, Rusiya istehsalı olan mərhum ərimin xalasının hədiyyə etdiyi qızıl qolbağı, çəkisi 40 qram olan brilyant qaşlı komplekt, çəkisi 4 qram, Rusiya istehsalı olan anamın hədiyyə etdiyi qolbağı, çəkisi 5 qram olan gümüş komplekt, çəkisi 5 qram olan və mərhum ərimin əmisi arvadı tərəfindən hədiyyə edilmiş pandora formalı üzükdən ibarət qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizə ilə müraciət edərək, cavabdeh İddiaçı 2350 manat pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, məhrum X3 xx.xx.2023-cü il tarixdə İddiaçı ilə evlənib ailə qurmuşdur. X3 ilə İddiaçı ailə qurduqdan sonra Bakı şəhərinə gedib kirayədə qalmışlar. xx.xx.2024-cü ildə oğlu X1 qaldığı evdə dəm qazından boğularaq vəfat etmiş, oğlu vəfat edən vaxtı cavabdeh İddiaçı anası evində idi. X3 rəhmətə gedəndən sonra gəlini İddiaçı qırx ərəfəsində onlara gəlmiş, həmin vaxtı hamilə olduğu üçün cavabdeh İddiaçı müalicəsi üçün borc olaraq 2000 manat pul vermişdir. Sonradan cavabdeh onların xəbəri olmadan uşağı götürmüşdür. Bundan başqa cavabdeh İddiaçı 350 manat kredit borcu qalmışdır, həmin 350 manat olan kredit borcunu o ödəmişdir. Halhazırda cavabdeh İddiaçı 2350 manat pulun alınıb ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı ilk iddianın məzmununa uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında qızıların mövcudluğunu qəbul etmədiyini bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları dinlənildikdən sonra Cavabdeh səsin ona məxsus olduğunu bildirərək, qızıllları satdığını etiraf etmişdir. Cehizlərə aid hissədə isə bildirmişdir ki, cehizlər onun evindədir. İstənilən vaxt gələrək apara bilərlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqı RKC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, çəkisi 7 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü-850 manat dəyərində, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı üzük- 1200 manat dəyərində, çəkisi 6 qram Rusiya istehsalı olan pandora formalı sırğa-900 manat dəyərində, çəkisi 8 qram olan ağ qızıl üzük-1040 manat dəyərində, çəkisi 40 qram olan qızıl qolbağı-3600 manat dəyərində, çəkisi 4 qram olan brilyant qaşlı komplekt- 500 manat dəyərində, çəkisi 5 qram Rusiya istehsalı olan gümüş qolbağı-250 manat dəyərində, çəkisi 5 qram olan pandora formalı üzük-750 manat, cəmi qızıl-zinət əşyalarının dəyəri 9040 manat təşkil edir. Məhkəmə ilk iddiaya dair hissədə qeyd edir ki, iddiaçı ona məxsus cehiz və qızılzinyət əşyalarının özləri, özləri olmadıqda isə dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki işin tədqiq edilmiş halları nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı mərhum həyat yoldaşı X5 ilə xx.xx.2023-cü il tarixdə ailə qurmuş, lakin 2024-cü ilin yanvar ayında həyat yoldaşı Əli Həsənov faciəvi şəkildə dəm qazından dünyasını dəyişmışdir. Ailə həyatı qurduğu zaman valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları cavabdehin Tovuz rayonu Ağbulaq ərazi idarəsi Ağbulaq kəndində olan fərdi yaşayış evinə aparılmışdır. Halhazırda ordadır. Ailə həyatı qurduğu zaman ona qızıl-zinət əşyaları hədiyyə edilərək verilmiş, həmin qızıl-zinət əşyaları da cavabdehin evindədir. İddiaçı cavabdehdən cehiz və qızıl-zinət əşyalarını natura şəklində, bu mümkün olmadıqda onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçıya məxsus qızılzinət əşyalarının mövcudluğunu, onların dəyəri və cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Tələb edilən qızılların mövcudluğu sübutetmə yükü daşıyan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə təsdiqlənir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində həmin əşyaların dəyəri öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən cehiz əmlakları və qızıl-zinyət əşyaları nikaha daxil olanadək iddiaçıya məxsus olduğundan, həmin əmlaklar yalnız iddiaçının əmlakıdır. Buna görə də, iddiaçı göstərilən əmlakların mülkiyyətçisi olduğundan həmin əmlakları tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibtdə qeyd edir ki, Cavabdeh 2350 manat pulun və 40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsini xahiş etmişdir. Lakin qarşılıqlı iddianın faktiki əsaslarına dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda İddiaçı dəymiş maddi zərərin də nədən ibarət olmasına sübut təqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilk iddia qizmən təmin, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh Tovuz rayonu, Ağbulaq ərazi idarəsi, Ağbulaq kəndində olan fərdi yaşayış evində saxlanılan cehiz əşyaları- qaşıq, çəngəl, balaca qaşıq servis dəsti, bıçaq dəsti, qoz qıran, sarımsaq əzən dəsti, mikser, tozsoran, ətçəkən, soba, paltar yuyan, qonaq qabqacaq servis dəsti, gündəlik qablar, gündəlik stəkan dəsti, tort qabları, tort boşqabları, çaynik və dəm çayniki, gülqabı, külqabı, meyvə qabları, xrustallar, paltar setkası, vanna, zibil qutusu, ədyallar, qonaq otağı pərdəsi, yataq otağı pərdəsi, mətbəx pərdəsi, xalçalar, yataq dəsti pakrıvalları, balış üzü dəsti, prostinalar, döşəklər, yorğanlar, qazan, tava dəsti, qazan tutan əlcək, dəsmallar, qab dəsmalları, sintifon tək və cüt yorğanlar, çörək qabı, çılçıraqlar, şəxsi geyimlər, əl işi ilə hazırlanmış divar saatı, döşəmə silən vedrə şotkası, paltar çamadanı, qab yığılan qab setkası, ədviyyat qabı dəsti, xrustal su bakalları, can məhrəbaları, konfet qabları, gündəlik və qonaq üçün konfet qabları, çaynik servis dəsti, çay dəsmalı, aşsüzən, xırdavat qab-qacaqlar, masa şifoneri, dəyəri 1.000 manat olan soyuducu, dəyəri 817 manat olan paltar yuyan, dəyəri 680 manat olan masa, dəyəri 195 manat olan qaz, dəyəri 130 manat olan aspirator, dəyəri 1.040 manat olan 8 ədəd stul, dəyəri 1.250 manat künc divan, dəyəri 170 manat olan moyka, dəyəri 1.615 manat olan mətbəx, dəyəri 500 manat olan televizor, dəyəri 850 manat olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı 1200 manat dəyərində brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram, Rusiya istehsalı olan, pandora formalı 900 manat dəyərində sırğa, çəkisi 6 qram olan 1040 manat dəyərində ağ qızıl üzük, dəyəri 3600 manat olan Rusiya istehsalı olan qızıl qolbağı, çəkisi 4 qram olan brilyant qaşlı 400 manat dəyərində komplekt, çəkisi 4 qram, Rusiya istehsalı olan 250 manat dəyərində qolbağı, çəkisi 5 qram olan 250 manat dəyərində gümüş komplekt, çəkisi 5 qram olan pandora formalı 750 manat dəyərində üzükdən ibarət qızıl-zinət əşyaları, onlar naturada mövcud olmadığı təqdirdə onların dəyəri və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddiaya görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1866/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1866/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver