Məhkəmə qərarları › İş №2(062)-1883/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1883/2025

21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1883/2025 21.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh "xxxx"a borcunu zaminik müqaviləsinə əsasən ödədiyinə görə 10.444 manat pulun, dövlət rüsumunun və vəkilin göstərdiyi xidmətə görə 325 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə həmkəndili olmaqla qohumluq münasibətləri vardır. Cavabdeh ondan xahiş edərək Kapital Bankdan kreditlə pul almaq istədiyini və ona zamin olmasını bildirmişdir. Cavabdeh inandığına görə bankla xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə o da cavabdehlə birgə bank qarşısında borclu olmuşdur. Bank tərəfindən Nuralana 10000 manat kredit verilmişdir. Kredit müqaviləsində olan 10000 manat pulu Cavabdeh əldə etdikdən sonra üzərinə düşən öhdəliyi icra etməmiş və aybaay kredit borclarını o, ödəmək məcburiyyətində qalmışdır. Zamin kimi bütün krediti banka tam olaraq ödəmiş və bu barədə də ona bank tərəfindən sənəd də verilmişdir. O, cavabdehdən banka ödədiyi pulları tələb etsə də, ona qaytarmaq fikrində olmamışdır. Hətta sonuncu dəfə banka məcbur olaraq nağd şəklində 4733 manat pulu ödəmişdir. Hər dəfə ödədiyi pulu cavabdehdən tələb etdikdə, ödəyəcəyinə vəd etsə də ödəməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, ZM-KBMK452960B123 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən zamin İddiaçı borcalan Cavabdeh bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün öhdəliyi öz üzərinə götürmüşdür. Kredit məbləği 10000 manat, illki faiz dərəcəsi 25%, müddəti 24 ay müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC-dən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı 510307******1743 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə etibarən 5266.25 manat vəsait kredit ödənişi ilə bağlı tutulmuşdur. "xxxx" ASC-dən verilmiş xx.xx.2025-ci il tarixli TT**********539473375 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən KBMK452960B123 nömrəli kreditin tam ödənişi ilə bağlı 4733.75 manat vəsait banka ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Tovuz filialı ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə KBMK452960B123 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borcluya illik 25% istifadə haqqı ödəməklə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. "xxxx" MMC-nin Tovuz filialından Cavabdehnın götürdüyü kreditin təminatı kimi İddiaçı ilə xx.xx.2023-cü il tarixdə ZM-KBMK452960B123 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. "xxxx" ASC-dən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarış və "xxxx" ASC-dən verilmiş xx.xx.2025-ci il tarixli TT**********539473375 nömrəli qəbzə əsasən borcalan Cavabdeh bank qarşısında yaranmış öhdəliyinin icrası ilə bağlı 10444 manat vəsait zamin İddiaçı tərəfindən banka tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Belə olan halda İddiaçı Cavabdeh ödədiyi məbləği geri tələb etməkdə haqlı olmuşdur. Həmçinin iddiaçı ərizəsində vəkilin göstərdiyi xidmətə görə 325 manat vəsaitin cavabdehdən tutulmasını xahiş etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyində görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc kimi 10.444 manat məbləğində pul vəsaiti və ödənilmiş 123 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 241, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc kimi 10.444 (on min dörd yüz qırx dörd) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar