Məhkəmə qərarları › İş №2(062)-1888/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1888/2024

24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1888/2024 24.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 39000 manat məbləğində borc pulun, ödənilmiş 207 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ildə onun mağazasında satıcı işləmişdir. O Cavabdeh xx.xx.2022-ci ildə notarial qaydada təstiq edilmiş müqavilə əsasında 34000 manat pul vermişdir. Müqaviləyə əsasən o həmin pulu xx.xx.2024-cü il tarixədək qaytarmalıydır. Lakin o qeyd olunan vaxt ərzindəə aldığı pulu qaytarmamışdır. Ona görə də, cavabdehdən 39000 manat məbləğində borc pulun və ödənilmiş 207 manat dövlət rüsumunun və 300 manat vəkil xərcin alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o həqiqətəndə iddiaçıdan müqavilədə göstərilən pulu almışdır.Ona görə də, müqavilədə göstərilən 34000 manata aid hissədə gəbul edir. Qalan hissədə iddia əsaslı deyildir. O 34000 manatdan ayrı-ayrı vaxtlarda 1500 manata yaxın ödənişlər etmişdir. Odur ki, iddianın 32500 manat hissəsini təmin edilməsini qalan hissədə isə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçi izahatında göstərmişdir ki, Seymur ona olan borcundan 1500 manat ödənişlər etmişdir. Qalan borcunu isə qaytarmamışdır. Odur ki, qalan pulun da qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə əlavə olunmuş Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Kontorunda 04 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh iddiaçıdan 34000 manat borc almışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Kontorunda təsdiqlənməklə 04 avqust 2022-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 34000 manat borc pul götürmüş, 04 fevral 2024-cü il tarixədək həmin pulu qaytarmağı öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü 34000 manat puldan cəmi 1500 manat pul qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 32500 manat pul borcu qalmışdır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qsmən təmin edilməlidir, odur ki, 32500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.İddia qalan hissədə təmin edilməməlidir. - Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 32500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 187,5 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalı, ödənilmiş dövlət rüsümü qalan hissədə iddiaçıya aid edilməlidir. Vəkil xərci ilə bağlı məhkəməyə sübüt təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilməməmlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 32500 manat borc pul və 187,5 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümü qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar