Məhkəmə qərarları › İş №2(062)-19/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-19/2025

01.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-19/2025 01.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qazıqulu kəndində yerləşən və onunla cavabdehlərin ümumi mülkiyyətində olan 0,50 ha həyətyanı torpaq sahəsindən payı, hazırda faktiki istifadəsində olan və üzərində fərdi yaşayış evi tikdirdiyi 0,139976 ha hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qazıqulu kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsi onun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 ümumi mülkiyyətində olmaqla xx.xx.2023-cü il tarixli Çıxarış əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi mülkiyyətdə olan torpaq sahəsinin 0,139976 ha hissəsi onun mülkiyyətindədir və həmin 0,139976 ha torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 ilə aralarında ümumi mülkiyyətdə olan 0.50 ha torpaq sahəsinin istifadəsi ilə əlaqədar mübahisə vardır. Belə ki, şərti olaraq paylara görə torpaq sahəsinin aralarında bölünməsinə baxmayaraq cavabdehlər torpağın onun payına düşən 0,139976 ha hissəsindən normal istifadə etməsinə imkan vermirlər. Ona görə də, Tovuz rayonu Qazıqulu kəndində yerləşən və onunla cavabdehlərin ümumi mülkiyyətində olan 0,50 ha həyətyanı torpaq sahəsindən onun payı olan içərisində fərdi yaşayış evi tikdirdiyi 0,139976 ha hissəsi naturada ayrılaraq ona verilməlidir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qazıqulu kəndində yerləşən torpaq sahəsinin 0,139976 ha hissəsi İddiaçı adınadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin planda yerləşməsinin avtomobil yolunun olduğunu və torpaq sahəsinə giriş çıxış üçün yolun olduğunu nəzərə alaraq topaq sahəsindən 0,139976 payın naturada ayrılmasını bölünməsi mümkündür. Bunun üçün Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla 0,139976 ha torpaq sahəsinin hasara alınıb naturada ayrılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, mübahisəli torpaq sahəsinə 0,119988 ha hissədə Cavabdeh1, 0,119988 ha hissədə Cavabdeh2, 0,119988 ha hissədə X2 və 0,139976 ha hissədə İddiaçı paylı mülkiyyəti hüququ qeydiyyata alınmışdır. Hazırkı mülki iş üzrə iddiaçı paylı mülkiyyətində olan mübahisəli torpaq sahəsinin 0,139976 ha hissəsində payının naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində payların ayrılması texniki cəhətdən mümkündür və bu barədə verilmiş ekspert rəyi əlavə edilmişdir. İş üzrə verilmiş ekspert rəyində göstərilən halları inkar edən hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, mübahisəli torpaq sahəsi ekspert rəyinə uyğun olaraq naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla 0,139976 ha torpaq sahəsi hasara alınaraq naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2nvə X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar