Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1966/2024 16.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəriman oğluna qarşı “pul tələbi” barədə iddiaya açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəriman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ondan aldıqları 900 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomaşın cavabdehlərdən Cavabdeh1 mülkiyyərində olan və Cavabdeh2 Nəriman oğlunun idarə etdiyi avtomaşınla toqquşmuş, avtomaşına dəymiş zərər sığorta tərəfindən 1050 manat müəyyən edilmişdir. Cavabdehlər sığortanı gözləmək üçün vaxtlarının olmamasını bildirərək, ondan avtomaşının təmiri üçün 900 manat pul almış və aralarında olan razılaşmaya əsasən, sığortanın ödəyəcəyi pulu o götürməli idi. Bununla bağlı sığorta sənədlərini hazırlamış və sığorta ödənişi ilə bağlı bildiriş ona məxsus telefon nömrəsinə gəlmişdir. Cavabdehlərdən sığorta pulunun götürülməsi üçün etibarnamə vermələrini istəmiş, Cavabdeh2 Nəriman oğlu ona etibarnamə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, sığorta ödənişi Cavabdeh1 adına köçmüşdür. Cavabdeh1 isə müxtəlif bəhanələr gətirərək, etibarnamə verməkdən imtina etdi. Bundan sonra cavabdehlərlə dəfələrlə telefon və Vatsap proqramı vasitəri ilə danışıqları olmuş, hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu qaytarmağı yubatmışlar, hazırda isə ümumiyyətlə pulu qaytarmaqdan imtina edirlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 Nəriman oğlu izahatında göstərdi ki, onlar iddiaçıdan dəymiş ziyana görə 900 manat almışlar. Sığorta tərəfindən dəymiş ziyanın 1050 manat olması göstərilsə də əslində onların avtomaşınına dəymiş ziyan 1500 manat məbləğində olmuşdur. Oğlu əvəvlcə iddiaçıya sığorta məbləğinin alınmasına dair etibarnamə versə də, sığorta məbləği iddiaçıya verilməmiş, onlar özləri həmin məbləği almışlar. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir və 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər bilavasitə cavabdehlər tərəfindən vurulduğundan, cavabdehlər tərəfindən də sığorta haqqının götürülərək iddiaçıya verilməsi öhdəliyi daşıdığından və cavabdehlərə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənildiyindən, cavabdehlər daha artıq ziyanın dəyməsini mübahisələndirmədiyindən, sığorta ödənişi cavabdehlərə verilməklə dəymiş ziyanın ödənilməsi aradan qaxdığından iddiaçının cavabdehlərə verdiyi 900 manat pul onlardan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəriman oğlundan müştərək qaydada 900 (doqquz yüz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1966/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1966/2024
16.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver