Məhkəmə qərarları › İş №2(062)-198/2024

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-198/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-198/2024 29.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 29 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ondan nisyə aldığı iri buynuzlu heyvanlara görə ödənilməmiş qalan 25000 manat borcunun və ödənilmiş 270 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iri buynuzlu heyvanların saxlamaqla məşğul olmuşdur. Cavabdehi də heyvandarlıqla məşğul olan şəxs kimi tanımışdır. Bir müddət sonra heyvandan xeyir əldə edə bilmədyini görüb, heyvanları satmaq qərarına gəlmişdir. Bu fikrini bilən cavabdeh həmin heyvanları almaq istədiyini, heyvanları qiymətləndirib ona satmağı və həmin pulu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də 16 fevral 2023-cü il tarixdə cavabdeh və onun arvadının, kirvəsi Ədalətin, qardaşı Mahirin iştirakı ilə fermada olan 79 baş iri buynuzlu heyvanları ümumilikdə 66260 manat qiymətləndirirək, heyvanları cavabdehə təhvil vermişdir. Cavabdeh hissəhissə verməklə 6 ay müddətində borcunu tam ödəyəcəyini bildirmişdir. Cavabdeh həmin puldan 2023-cü ilin avqust ayına qədər 41260 manat ödəniş etmişdir. Qalan 25000 manatı isə ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Odur ki, nisyə aldığı heyvanların pulundan qalan 25000 manat borcun və ödənilmiş 270 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də, məhkəmənin 29 yanvar 2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, iddiaçı qardaşıdır. Cavabdeh qardaşının fermasında heyvanlara baxmışdır. Sonradan qardaşı heyvanları qiymətləndirərək cavabdehə satmışdır. Onların yanında heyvanlar 66260 manat qiymətləndirilmişdir. Həmin puldan 41260 manatını cavabdeh vermişdir. Qalan pulu isə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Cavabdeh Sücəddinin fermasında heyvanlara baxmışdır. Sonradan İddiaçı heyvanları qiymətləndirərək cavabdehə satmışdır. Əvvəlcə o özü heyvanları almaq istəmişdir, lakin Cavabdeh aldığını bildirmişdir. Heyvanlar 66260 manat qiymətləndirilmişdir. Həmin puldan 41260 manatını cavabdeh vermişdir. Qalan pulu isə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Cavabdeh Sücəddinin fermasında heyvanlara baxmışdır. Sonradan İddiaçı heyvanları qiymətləndirərək cavabdehə satmışdır. Heyvanlar 66260 manat qiymətləndirilmişdir. Həmin puldan 41260 manatını cavabdeh vermişdir. Qalan pulu isə qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını, şahidləri dinləyib, işə əlavə edilmiş diskə qulaq asıb, sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh nisyə olaraq 79 baş iri buynuzlu heyvan satmışdır. Həmin heyvanların dəyəri 66260 manat etmişdir. Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə borcundan 41260 manat pul vermiş, qalanını isə verəcəyini bildirmişdir. Lakin qalıq qalan həmin 25000 manat pulu qaytarmamışlar. İddiaçı borcunu qaytarması üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, 25000 (iyirmi beş min) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 25000 manat məbləğində pul və ödənilmiş 270 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 25000 (iyirmi beş min) manat pul və ödənilmiş 270 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh bu qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ərizəyə baxılması müddəti bitdikdən sonra Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar