Məhkəmə qərarları › İş №2(062)-2002/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2002/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2002/2023 25.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı Hökmalı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul və qızıl” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 manat pulun və 585 əyarlı, 5 qram dəyərində bir cüt sırğanın, özü olmadıqda isə həmin qızıl-zinət əşyalarının 450 manatının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh 80 manat pulun və sırğanın, sırğa olmadıqda isə onun dəyərinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ildən tanımışdır. Belə ki, qızı Nəsibənin ailə problemləri ilə əlaqədar cehizin çıxarılması və qızıl tələbi ilə bağlı məhkəməyə müraciət etməyə gedərkən məhkəmənin binasının qabağında ona vəkil lazım olduğunu bildirəndə Ramin adlı şəxs özünü vəkil kimi təqdim edərək ona yaxılaşmışdır. Həmin müddət ərzində 170 manat dövlət rüsumu ödəməyə pul almış, lakin heç bir ərizə yazılmamış, nə də rüsumla bağlı bank çeki təqdim etməmişdir.Bundan əlavə cehizlərin çıxarılması üçün 880 manat ondan pul almışdır. Məhkəmə olunmadan Ramin adlı şəxs qızının cehiz əşyalarını cavabdeh tərəfindən evindən özünü məhkəmə işçisi kimi təqdim edərək çıxarmış və həmin günü ona məxsus olan qızına hədiyyə etdiyi bir cüt qızıl sırğanı Ramin götürərək ona sonra qaytaracağını bildirmişdir. O prokurorluğa və polisə müraciət etmişdir. Prokurorluğa müraciət etdikdə 800 manat pulu qaytarmış, lakin 80 manat pulun qalığını,170 manat rüsuma görə verdiyi pulu və qızılını qaytarmamışdır. Ona görə də Cavabdeh 250 manat pulun və 585 əyyarlı olan 5 qram dəyərində bir cüt sırğanın, özü olmadıqda isə sırğanın dəyəri olan 450 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək, izahatında göstərdi ki, o cavabdehdən 250 manat pulu istəsə də, əslində cavabdehin ona 80 manat məbləğində borcu qalmışdır. Odur ki, iddianın pula aid hissəsinin qeyd edilən qaydada təmin edilməsini xahiş edir. O iddiada sırğanın 450 manat dəyərinin olduğunu qeyd etsədə, cavabdehin etiraf etdiyi qaydada, yəni 5 qram deyil, 3 qrama münasibətdə təmin edilməsinə etiraz etmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddianı qismən qəbul etmiş və ərizədə iddianın qızıla aid hissədə 3 qram həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək götərmişdir ki, onun iddiaçıya heç bir borcu qalmamış, əlavə olaraq özündən iddiaçıya pul ödəmişdir. Qızıl tələbinə dair hissədə iddianı qismən qəbul edir. Ona görə ki, 3 qram sırğa iddiaçıdan götürmüş, lakin həmin sırğa itdiyi üçün bazar qiymətinə uyğun olaraq dəyərini ödəyə bilər. İş materiallarında olan 03 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh təhqiqat zamanı izahatında göstərmişdir ki, o Rahilədən 100 manat məbləğində pul alsa da, o buna görə hüquqi yardım göstərmişdir. Eyni tarixli Qərarla İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə öncə iddianın pula aid hissəsi ilə bağlı onu qeyd edir ki, Cavabdeh təhqiqatda verdiyi izahatından da göründüyü kimi o iddiaçıdan 100 manat məbləğində pul almışdır. İddiaçı isə 100 manat deyil, 80 manat hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə işə baxdığından iddianı 80 manata aid hissədə əsaslı hesab edir. Belə ki, cavabdeh məhkəmədə iştirak etməyərək hüquqi yardım göstərmək səlahiyyətinə malik olmasına və iddiaçıdan götürdüyü 100 manatın qaytarılmasına dair sübutlarını təqdim etməmişdir. O iddiaçıya məxsus 100 manat məbləğində pulu hər hansı hüquqi əsas olmadan özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın qızıl-zinət tələbinə dair hissəsi ilə bağlı onu qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, sırğanın cavabdeh tərəfindən əldə edilməsi işin mübahisəsiz halıdır. Buna baxmayaraq iddiaçı sırğanın çəkisinin 5 qram olmasına dair sübut təqdim etməmişdir. Cavabdeh isə sırğaının çəkisinin 585 əyarlı olmaqla 5 qram olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının sırğanın çəkisi ilə bağlı sübutunun olmamasını, cavabdehin isə sırğanın 3 qram olması ilə bağlı izahatını sübut kimi qəbul edir. Məhkəmə qızıl-zinət əşyası olmadığı təqdirdə həmin əşyanın dəyəri ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Tovuz Rayon Kooperativ Cəmiyyətləri İttifaqının rəyindən görünür ki, 5 qram dəyərində 585 əyarlı sırğanın dəyərinin 450 manat olması göstərilmişdir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, cavabdehdə saxlanılan sırğanın çəkisi 3 qramdır. Belə olduğu halda məhkəmə hesab edir ki, 585 əyarlı sırğanın bir qramının dəyəri (450:5)90 qramdır. Belə olduğu halda eyni əyarlı 3 qram çəkidə sırğanın dəyəri 270 manat təşkil edir. Tərəflər rəylə bağlı fərqli yanaşma nümayiş etdirməmişlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 80 (səksən) manat məbləğində pul, 585 əyarlı, 3 qram çəkidə qızıl sırğa, həmin sırğa naturada mövcud olmadıqda, onun dəyəri olan 270 manat pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar