Məhkəmə qərarları › İş №2(062)-2022/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2022/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2022/2024 29.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı 2 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh Qulı̇ yev Murad Bəylər oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 2 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin direktoru Şamil Zeynalov iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Meşə fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 105.43 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 2 saylı X1 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı 2 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh Qulı̇ yev Murad Bəylər oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar