Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2046/2025 12.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı X3 Mərkəzi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq vurulmuş zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, meşə dolayısının “Məsmallar” adlı sahəsində əlində heç bir meşə buraxılışı orderi olmadan qanunsuz olaraq qoz ağacının baş hisssəsində 44 sm diametrdən kəsərək, Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətməsi aşkar olunmuşdur. Qanunsuz kəsilmiş ağaclara görə İdarənin əməkdaşları tərəfindən müvafiq hesablama aparılaraq, ümumilikdə 176.78 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də iş üzrə Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan nəticəsində yaranmış 176.78 manat məbləğin cavabdehdən tutularaq 2 saylı X3 Mərkəzinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 05 dekabr 2024-cü il tarixli 57353 saylı Aktdan görünür ki, me.ə fotndu sahəsində Cavabdeh tərəfindən qanunsuz ağacları kəsdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 2 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən meşə dolayısının “Məsmallar” adlı sahəsində əlində heç bir meşə buraxılışı orderi olmadan qanunsuz olaraq qoz ağacının baş hisssəsində 44 sm diametrdən kəsərək, Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətməsi aşkar olunmuşdur. Qanunsuz kəsilmiş ağaclara görə İdarənin əməkdaşları tərəfindən müvafiq hesablama aparılaraq, ümumilikdə 176.78 manat ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda cavabdeh təbiətə vurduğu ziyana görə 176.78 manat məbləğində pul ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”-nin 2-ci bəndinin 2.5.2-ci hissəsinə əsasən, balıq ovunun biletləri olmadan sənaye məqsədləri üçün balıqların ovlanması qadağandır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 176.78 manat məbləğində ziyana görə pul alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yanında X1 Fonduna verilməlidir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu olaraq 30 manat pul cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 176.78 manat (yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaiti alınaraq 2 saylı X3 Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2046/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2046/2025
12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver