Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2052/2025 15.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Aadil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dələduzluğa dair” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “dələduzluq tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıya iddia ərizəsinin forma və məzmununa riayət edilərək, tələbinin konkretləşdirilməsi təklif edilmiş, o məhkəmədən bununla bağlı məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.Bun baxmayaraq o göstərilmiş nöqsanları təyin edilmiş vaxt ərzində aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin MPM) 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Yuxarıda adı çəkilən Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “dələduzluq” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2052/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2052/2025
15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver