Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2068/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 100 min Rusiya rublunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o,cavabdehlə quda olmuşdur. Təxminən 2021-ci ilin oktyabr ayında cavabdeh ona oğlu Tural üçün Rusiya Federasiyasında vətəndaşlıq almaq üçün 100 min Rusiya rublu lazım olduğunu bildirmişdir. O, isə qohum olduqlarına görə ona etibar edərək əvvəlcə 70 min Rusiya rublu, daha sonra isə qalan 30 min Rusiya rublunu bank vasitəsi ilə göndərmişdir. Lakin onun oğlu Rusiya Federasiyasında vətəndaşlıq ala bilməmişdir. O, qudasından dəfələrlə pulu istəsə də, pulu ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, 30.000 Rusiya rublunun göndərilməsini təsdiq edən qəbzi o bankdan götürməmiş, bank ona belə bir qəbz verməmişdir. Məhkəmə iclasında cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış, o hazırda Rusiya Federasiyasında olduğunu qeyd etməklə, iddiaçının bank vasitəsilə göndərdiyi pulu qəbul edib kürəkəni Turala vermişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən erdildi ki, iddiaçı cavabdehə oğlunun Rusiya vətəndaşlığı əldə etməsi ilə bağlı sənədlərin hazırlanması üçün tapşırıq vermiş və bununla bağlı 70.000 Rusiya rublu cavabdehə göndərmişdir. 70.000 Rusiya rublunun göndərilməsi işdəki sənədlərə öz təsdiqini tapsa da, 30.000 Rusiya rublunun göndərilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı özü izahatında qeyd edir ki, o qeyd edilən məbləğdə pulun köçürülməsini təsdiq edən sənədi əldə etməmişdir. Cavabdeh isə ididaçının verdiyi tapşırığı yerinə yetirməsi ilə bağlı və yaxud onların arasında yaranmış münasibətin başqa öhdəlik olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki cavabdehlə vatsap tətbiqi vasitəsilə əlaqə saxlanılmış, ona növbəti məhkəmə iclasının vaxtə və yeri barədə məlumat verilərək, onun üçün prosessual imkanlar yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Eyni zamanda məhkəmə hesab edir ki, pulun köçürülməsi üçün tutulmuş 630 Rusiya rublu məbləğində komissiya xərci də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri mütənasib qaydada azaldılaraq məhkəmə xərcləri kimi 34.77 manat məbləğində pul cavabdeh tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamə icra edilən günə Rusiya rublunun Azərbaycan manatına məzənnəsinə uyğun olaraq 70 000 (yetmiş min) rus rublu məbləğində pul və xidmət haqqı olan 630 rus rublu və 34.77 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2068/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2068/2025
30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver