Məhkəmə qərarları › İş №2(062)-2087/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2087/2025

14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2087/2025 14.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov samir Zöhrab oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 650 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşu kimi tanımışdır. 2023-cü ilin iyul ayında cavabdeh övladına mobil telefon almaq istədiyini bildirmişdir. Həmin vaxt özü üçün aldığı telefonu 1250 manata satmaq istədiyini ona bildirmiş və cavabdeh isə onunla razılaşaraq telefonu övladına göstərmək adı ilə ilkin olaraq 200 manat ödəniş etmişdir. Telefonu götürərkən bildirmişdir ki, övladının xoşuna gələrsə yerdə qalan puluda hissə-hissə ayda 100 manat olmaqla ödəyəcək. O, isə inanaraq razılaşmışdır. Lakin cavabdeh telefonu götürüb getdikdən sonra nə telefonu qaytarmış, nə də ki pulunu ödəmişdir. Dəfələrlə cavabdehdən telefonu qaytarmağını və ya pulunu hissəhissə ödəməyi tələb etmişdir. Lakin cavabdeh telefonunu və ya pulunu qaytarmaqdan qərəzli olaraq yayınmağa başlamışdır. Bundan sonra şikayət ərizəsi ilə Gəncə şəhər 2-ci polis şöbəsinə müraciət etməli olmuşdur. Cavabdeh polis şöbəsinə dəvət edilib izahatı alınarkən ondan 1250 manat dəyərində mobil telefon aldığını və cəmi 200 manat ödəniş etdiyini bildirmişdir. Cavabdeh polisdə izahat verərkən ona olan borcunu hər ay hissəhissə ödəyəcəyinə söz vermişdir. Lakin borcundan cəmi 600 manat ödəniş etdikdən sonra yerdə qalan 650 manat borcunu ödəməkdən imtina etmişdir. Buna görə də cavabdehdən pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldum. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə edilmiş sənədlər İddiaçı müraciəti əsasənda Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin təhqiqatçısı polis leytenantı X1 tərəfindən aparılmış təhqiqat araşdırması nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh təhqiat araşdırması zamanı verdiyi izahatın məzmunu belə göstərilmişdir: “Rəsmi olaraq heç bir yerdə işləmir. Onun barəsində olan şikayətlə bağlı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı Sadıllı qəsəbəsi, Talıblı küçəsi ev 43-ün qarşısında "Mİ 12T" markalı telefonu aldığını, İddiaçılə həmin telefonu almaq üçün 1300 manata razılaşdıqlarını, ilk olaraq 250 (iki yüz elli) manat ödəniş etdiyini, pulu verdikdən sonra telefonla bağlı müqavilə şərtlərini və telefona aid sənədləri istədiyini, İddiaçı telefona aid sənədləri 1-ci ayın ödənişini etdikdən sonra verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdən 10 gün sonra Vasif adlı şəxs özünə məxsus kart hesabına hər ay pulu atmalı olduğunu demişdir. Lakin vətəndaş Cavabdeh Əzizov Şəriflə razılaşmayıb sənədləri verdikdən sonra pulu ödəcəyini demişdir. Vətəndaş izahatında xx.xx.2023-cü il tarixdən 10 ay müddətində ilk ayı 150 (yüz əlli) manat və növbəti aylardan 100 (yüz) manat pulu Vasif adlı şəxsə ödəcəyi barədə razılığa gəldiklərini bildirmişdir.” Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış, razılaşmaya əsasən “Mİ12T” markalı mobil telefonun 1250 manat dəyərinin alıcıya (cavabdehə) verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutulmuşdur. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini tam icra etməmiş, əşyanın dəyərinin 650 manatı ödənilməmiş qalmışdır. Göstərilənlər iddiaçının müraciəti əsasında polis şöbəsində aparılan təhqiqat araşdırması zamanı cavabdehin etirafedici izahatı əsasında təsdiqini tapmışdır. Mülki işin məhkəmə araşdırması zamanı cavabdeh əksini göstərən heç bir sübut təqdim etməmiş, iddiaya qarşı mövqe bildirməmişdir. Buna görə də Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satıcının (iddiaçının) əşyanın ödənilməsini tələb etmək hüququ vardır və iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 650 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar