Məhkəmə qərarları › İş №2(062)-2095/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2095/2023

28.07.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2095/2023 28.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Departamentinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Departamenti Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3981,42 manat, işsizlikdən müdafiə fonduna 0 manat, icbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ( Doğulduğu tarix-xx xxxxxx 1953-cü il, doğulduğu yer Tovuz rayonu Dönük Qırıqlı kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0******* olan) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Tovuz rayonu X1 (VÖEN **********) işsizlikdən müdafiə fonduna 0 manat, icbari Tibbi Sığorta Fonduna olan 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3981,42 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********411600, xx.xx.2023-cü il tarixli **********506000, xx.xx.2023-cü il tarixli **********454000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Vəzifli şəxs haqqında məlumatın və maraqlı şəxsə məxsus şəxisyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs əsas fəaliyyət növü Tovuz rayonu X3 sədri və Tovuz rayonu Dönük Qırıqlı kəndində yaşayır; vergi ödəyicisinin fəaliyyət növləri barədə məlumatdan görünür ki, maraqlı şəxs Tovuz rayonu X2, Tovuz rayonu X1 (VÖEN **********) Maraqlı şəxs (VÖEN **********) şəxsi hesab vərəqəsinin surətindən görünür ki, onun xx.xx.2023-cü il tarixinə cəmi ödənməli 3981,42 manat borcu vardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası MPM-nin 355- 7.2-ci maddəsinə əsasən ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsinə və Maraqlı şəxs məlumat verilsə də, onlat məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci mddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə ərizəçi və maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-nin 355-6-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmuş və ərizəçinin xahişi göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, ərizədə məhdudlaşdırmaya əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafıq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarı). Xüsusi nəzərə alınmalıdır ki, vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafıq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişin həyata keçirilməsinin təmini üçün qanunverici bir sıra təminatlar müəyyən etmişdir. Göstərilən konstitusion müddəalara uyğun olaraq, Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (AR Vergi Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fıziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci və 77.3-cü maddələrinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafıq icra hakimiyyəti orqanı fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunun yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Məhkəmə maraqlı şəxsin diqqətinə çatdırır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Kostitusiya azadlıq hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, azadlıq hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, legitim məqsəd daşımalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu mənada, vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması konstitusion əhəmiyyətli dəyərlərdən olan vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə tətbiq edildiyindən legitim sayılmalıdır. Digər tərəfdən, tətbiq edilən məcburiyyət tədbirinin müvəqqəti xarakter daşıması, həmin məhdudiyyətin aradan qaldırılması əsasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7-ci maddəsində birbaşa təsbit olunması və vergi ödəmək vəzifəsinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması baxımından da mühüm əhəmiyyət kəsb etməsi halları isə bu məhdudiyyətin mütənasib olması qənaətinə gəlinməsi üçün kifayətedici əsas kimi çıxış edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlirki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunun müəyyən edilmə məqsədi və təyinatını, eləcə də, vergi ödəyicisi kimi Maraqlı şəxs dövlət büdcəsinə cəmi 3981,42 manat məbləğində (şəxsi hesab vərəqəsinin surətində onun xx.xx.2023-cü il tarixinə cəmi ödənməli 3981,42 manat borcunun olması görünür) vergi borcunun ödənilməsi barədə vergi orqanının maraqlı şəxsə etdiyi xəbərdarlığın nəticəsiz qaldığı nəzərə alınaraq ərizə təmin edilməli və xx xxxxxx 1953-cü il ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində doğulmuş, FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi müvafiq olaraq AZE AZE0******* olan vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234, 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün, xx xxxxxx 1953-cü il ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində doğulmuş, FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi müvafiq olaraq AZE AZE0******* olan vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən sonra dərhal qüvvəyə minir. Qətnamə qəbul edildikdən sonra dərhal icraya yönəldilsin. Qətnamənin surəti Azərbaycan Respublikası MPM-in 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar