Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2118/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi, Hünmətov Zaur Adil oğlunun sədrliy,Həmzəli Nərminə Rusaln qızının katibliyi, iddiaçı Oba Marekt” MMC-nın nümayəndəsi X2 iştrakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin (MMC) Cavabdeh qarşı “maddi ziyan üzrə pul tələbinə ”dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək "xxxx" MMC-nın əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6883,69 manat mediasiya xərci kimi ödənilmiş 50 manat və 89 manat dövlət rüsumunun Cavabdeh tutularaq cəmiyyətinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-cı il tarixdən əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsində işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixində administrator vəzifəsində keçirilmiş xx.xx.2021-ci il tarixli 674 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxt ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə Oba- mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nətiəsində cavabdeg Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən adilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği cəmi 6883,69 manat məbləğində zərər vurması məlum olmuşdur.Borclunun ümumi qalıq borcu 6883,69 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsədə heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də "xxxx" MMC-nın əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6883,69 manat mediasiya xərci kimi ödənilmiş 50 manat və 89 manat dövlət rüsumunun Cavabdeh tutularaq cəmiyyətinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nın nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185.5-cı maddələrini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından olan xx.xx.2021-cı il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında X5 haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" MMC-ə ümumi borcu 6883,69 manat təkil edir. Belə ki, işə əlavə olunmuş xx.xx.2021-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 674 saylı əmrlə işdən azad edilmişdir. İşçinin, yəni cavabdehin iş yerində inventarizzasiya aparılmış, üzləşmənin nəticələri ilə cavabdeh tanış olmuş və aşkar edilmiş çatışmamazlıq barədə hər hansı etiraz daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutları inkar edən hər hansı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Mülki Məcəllənin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 6883.69 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6883,69 (altı doqquz manat səkkiz yüz səksən üç manat altmış doqquz qəpik ) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 (səksən doqquz manat) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov