Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2136/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ İHakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı cavabdeh X2 qarşı «2300 manat pul» tələbinə dair mülki işə Tovuz şəhərində 03 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh X2 qarşı iddia qaldıraraq onunn cavabdehdə qalmış 2300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi onunla 2020-ci il noyabr ayında X3 tanış etmişdir. O vaxt onu Dövlət Neft Şirkətinə sürücü işinə düzəltmək məqsədi ilə cavabdeh ondan ayrı-ayrı vaxtlarda cəmi 4000 manat pul almışdır. Belə ki, cavabdeh onunla 02 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində Heydər Əliyev parkındakı “Palava” adlanan kafedə görüşərək ondan 1000 manat pul almış, həmin gün Qara-Qarayev prospekti 7 ünvanında görüşərək ondan 1000 manat pul almış, həmin gün Qara-Qarayev prospekti 7 ünvanında yerləşən “Rahat” marketdə ki, “Million” aparat vasitəsi ilə özünün "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə ondan 1500 manat pul köçürməyə nail olmuşdur. Ondan 2 gün sonra yenidən onun tələbi ilə 04 dekabr 2020-ci il tarixdə Beyləqan rayonu, Magistral küçəsində yerləşən “Sizin market-də” yerləşdirilmiş “Million” aparatı vasitəsi ilə o, onun həmin kartına yenidən 1500 manat pul köçürmüşdür. Beləliklə o, ondan cəmi 4000 manat pul almışdır. Sonradan həmin puldan bir hissəsini çətinliklə olsa da ondan ala bilmiş və ona cəmi 2300 manat pul borcu qalmışdır. Eyni zamanda o, özünü vəzifəli şəxs kimi təqdim etdiyindən və onu işə düzəltməyərək aldatdığından o “102” xidmətinə məlumat vermişdir. Ona görə də onun barəsində cinayət işi başlanmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(100)354/2022 saylı hökmü ilə o Azərbaycan Respublikasının CM-nin 178.2.2, 310, 32.4 və 312.22-ci maddələri ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)211/2023 saylı qərarı ilə əvvəlki hökm dəyişdilərərək cavabdeh 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdir.İbtidai istintaq zamanı o, zərərçəkən şəxs kimi tanınmışdır. Lakin hüquqlarını bilmədiyindən o zaman mülki iddia verməmişdir. Odur ki, qalan 2300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı və cavabdeh X2 rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirak olmadan baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri, işin hallarını hər tərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)211/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(100)-354/2022 nömrəli hökmü dəyşdirilərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(100)-354/2022 nömrəli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il və CM-nin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə araşdırması zamanı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2023-cü il tarixli, 1(104)211/2023 saylı qərarı sübut kimi elan edilərək tədqiq edilmiş və meəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus 4000 manat məbləğində pulu ələ keçirmişdir. İddiaçı qeyd edir ki, həmin pulun 2000 manatı ona ödənilsə də, 2300 manat pul ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan 2300 manat məbləğində pulu özündə saxlamaqla əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin (MM) 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, 2300 (iki min üç yüz) manat məbləğində pul cavabdeh X1 alınıb İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı qanunla dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və iddia təmin edildiyindən 43 manat məbləğində dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh X1 2300 (iki min üç yüz ) manat pul alınıb İddiaçı verilsin. 43 manat məbləğində dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2136/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2136/2023
03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver