Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2140/2023 15.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, xx.xx.2020-ci ildə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektroin informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Tovuz Regional Ərazi Şöbəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh fiziki şəxs (VÖEN **********) Cavabdeh ilə xx.xx.2020-cı il tarixdə əmək müqaviləsi bağlamış və kargüzar vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin, buna baxmayaraq cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə rəsmi şəkildə xitam verilməmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Bu barədə dəfələrlə cavabdehə rəsmi müraciət etsə də, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməkdən imtina etmişdir. Əmək qanunvericiliyinin pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Tovuz Regional Ərazi Şöbəsinə müraciət etmişdi. Şobədən ona ünvanlamış olan məktubdan aydın görünür ki, məsələ ilə bağlı işə götürən Cavabdeh ünvanına bu barədə rəsmi məktub göndərlsə də, məktuba rəsmi cavab verilməmişdir. Onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməyi və məhkəmə qərarı ilə bu hüququn X2 Xidmətinə həvalə edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanılmış və həmin müqavilə həmin tarixdə işəgötürən tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir; Həmin müqavilədən görünür ki, müqavilənin qurtardığı tarix xx.xx.2021-ci il kimi göstərilmiş və satatusu”qüvvədədir”kimi göstərilir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, İddiaçı əsas iş yeri Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə əsasən göstərildiyindən və o müqavilə hazırda qüvvədə olduğundan o əsas iş yeri üzrə başqa yerdə işə qəbul oluna bilmir. Hansı işə götürənə müraciət edirsə, Cavabdeh işçisi olması əsas gətirilərək onun işə götürülməsindən imtina edilir. Odur ki, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o ümumiyyətlə İddiaçı tanımır.O hər hansı şəxsi işə qəbul etməmiş, hər hansı sahədə də vergi ödəyicisi deyildir. Onu aldadaraq, ondan alınmış etibarnamə əsasında vergi ödəyicisi kimi qeydiyyata alınmış və fərdi sahibkar statusu əldə etmişlər. Onun savadının olmamasından istifadə etmişlər. Hazırda da onun adından cavabdehlə bağlanılmış əmək müqaviləsinə xitam vermək kimi imkanı və bacarığı mövcud deyildir. Buna baxmayaraq iddinın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X1 izahatında göstərdi ki, onların səlahiyyəti olmadığından tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilə bilmir.Odur ki, qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsində göstərilənləri iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın maddələrinin pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 fevral 2005-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqlara qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Məhkəmə qeyd edir ki, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçiişəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. ƏM-nin 12-ci maddəsində əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işə götürənin əsas vəzifəsi olmaqla yanaşı onun məsuliyyəti kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 14-cü maddəsində təsbit edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-cı ildə əmək müqaviləsi bağlanılmış və həmin müqavilə həmin tarixdə işəgötürən tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Cavabdeh hazırda faktiki olaraq fəaliyyət göstərmədiyindən işçi işə götürənlə bağladığı əmək müqaviləsini ləğv etmək kimi hüququnu həyata keçirə bilməmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işə götürənə müraciət etmək kimi hüquqa malik olan işçi bu hüquqlarından istifadə edərək əmək müqaviləsinin ləğvinə nail ola bilməmişdir. Halbuki, işə götürənlə işçi əmək müqaviləsi bağlayarkən işə götürən də bir sıra vəzifələrin daşıyıcısı olmuşdur ki¸ əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək həmin vəzifələr sırasındadır. Göründüyü kimi işçi əmək müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə işə götürən kimi müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, fəaliyyət göstərdiyi yer naməlum olmaqla əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməmiş, işçinin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq imkanı yaratmamış, ən əsası iş yerində haqqı ödənilməklə çalışmalı olan işçiyə əmək haqqının verilməsi kimi vəzifələrini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, işə götürən Əmək Məcəlləsində nəzərdə tutilmuş öhdəliyi işçiyə münasibətdə pozduğundan onunla iddiaçı arasında bağlanmış əmək müqaviləsi ləğv edilməlidir. Belə ki, həmin Əmək Müqaviləsinin mövcudluğu işçinin əsas iş yeri olan başqa bir yerdə işləmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 54-cü maddəsində qeyd edilmişdir ki, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması kimi əmək şəraitini təmin etməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işə götürən fəaliyyətini müvəqqəti dayandırmış və həmin hüquqi şəxs hüquqi ünvanının olduğu yerdə faktiki olaraq mövcud deyildir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Avropa Sosial Xartiyasının İ hissəsində qeyd edilmişdir ki, bütün işçilər təhlükəsiz və sağlam əmək şəraiti hüququna malikdirlər; işçilərin müəssisələrdəki nümayəndələrinə ziyan gətirən hərəkətlərdən onlar müdafiə olunmaq hüququna malikdirlər və onlara öz funksiyalarının həyata keçirilməsi üçün lazımi imkanlar yaradılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı Niyaz oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 6A4CO6Q000100 nömrəli əmək müqaviləsi ləğv edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı Niyaz oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 6A4CO6Q000100 nömrəli əmək müqaviləsi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bu Qətnamə əmək müqaviləsinə xitam verilməsinin elektron informasiya elektron qaydada qeydiyyata alınması üçün əsasdır. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2140/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2140/2023
15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver