Məhkəmə qərarları › İş №2(062)-2190/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2190/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2190/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışlıq əlaqələri olmuşdur. 2022-ci ilin iyul ayında Cavabdeh onun yaşadığı evə gələrək maddi sıxıntıda olduğunu və bunun üçün ona 3000 manat borc pul verməsini xahiş etmişdir. İddiaçı ona inanaraq 3000 manat pulu 04 iyul 2022- cildə vermiş və cavabdeh pulu ondan götürməsi barədə qəbz yazmış və imza etmişdir.Bir müddət keçdikdən sonar pulu tələb etməyə başlamış, lakin cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də cavabdehdən 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş sadə yazılı formada tərtib olunan qəbzdə qeyd edilmişdir ki, “ Mən Cavabdeh İddiaçı 3000 manat üç min manat borc pul almışam. İmzamla təsdiq edirəm Cavabdeh xx.xx.2022” qeyd edilmiş, qəbz imzalanmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 2022- cü ilin yanvar ayında tərəflər arasında razılaşma olmuş, iddiaçı cavabdehə 3000 manat borc pul vermişdir. Cavabdeh borcunu ödəyəcəyini vəd etsə də borcunu qaytarmamışdır.Tərəflər arasinda sadə yazılı formada qəbz tərtib ounmuş və həmin qəbzdə “ Mən Cavabdeh İddiaçı 3000 manat üç min manat borc pul almışam. İmzamla təsdiq edirəm Cavabdeh xx.xx.2022” qeyd edilmiş, qəbz imzalanmışdır. Məhkəmə həmin qəbzi sebut kimi qəbul edir. Cavabdeh məhkəməyə borcunun qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Ərizəyə əlavə edilmiş və cavabdehə məxsus olan şəxsi vəsiqə onu deməyə imkan verir ki, tərəflər arasında mülki hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşdən göründüyü kimi borc sənədinin əsli hələ də kreditordadır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227,233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 manat pul və 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar