Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2219/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvələr etibarlı münasibətləri olmuşdur. Cavabdeh qaynı Sakit Sadıqov tanış edib. 2024- cü ilin yanvar ayında cavabdeh ondan 2500 manat borc pul istəmişdir. Rəmzi ona bildirmişdir ki, qızı xəstədir və müalicəyə ehtiyacı var. Rəmzi Quliyev hərbi qulluqçu olduğundan və qaynının iş yoldaşı olduğundan ona inanıb etibar etmişdir. Əvvəlcə ona 1500 manat borc pul vermişdir.Sonradan da 1000 manat borc vermişdir. O borcunu 4 ay müddətinə ödəyəcəyini bildirsə də borcu qaytarmır. Hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Aralarında sadə yazılı formada borc müqaviləsi bağlanmış, Rəmzi üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetitməmiş, razılaşmanın şərtlərini qəsdən pozmuşdur. Ona görə də cavabdehdən 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zalında onunla telefon əlaqəsi saxlanılmış, o isə hərbiçi olduğunu, öz başına məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş sadə yazılı formada tərtib olunan qəbzdə qeyd edilmişdir ki, “ Mən Nuriyev X1 Sarıdan 1500 manat almışam 4 aya verəcəm.” Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o Sarı ilə həmkənlidir.Rəmzi isə hərbiçidir. Kənddə çayxana var, Rəmzi çayxanaya da tez-tez gəlibgetdiyindən tanımışdır. Təqaüdçü olduqlarından onlar çayxana tez-tez otururlar. Bir gün Rəmzi taksi ilə gələrək, çayxanada Sarıdan 1000 manat pul alaraq çıxıb getdi. Ondan əvvəl də Sarının Rəmziyə pul verməsindən məlumatı olmuşdur. Rəmzinin qəbzə imza edərək aldığı 1500 manat pulun isə alınarkən şahidi olmamışdır. Məhkəmə araşdırmları zamanı müəyyən olundu ki, 2024-cü ilin yanvar ayında iddiaçı cavabdehə 1500 manat borc, sonra isə 1000 manat borc pul vermişdir. Cavabdeh borcunu 4 ay müddətində ödəyəcəyini vəd etsə də borcunu qaytarmamışdır. Bundan başqa tərəflər arasinda sadə yazılı formada qəbz də tərtib ounmuş və həmin qəbzdə “ Mən Nuriyev X1 Sarıdan 1500 manat almışam 4 aya verəcəm.” qeydi edilmiş, qəbz imzalanmışdır. Məhkəmə həmin qəbzi sübut kimi qəbul edir. Cavabdeh məhkəməyə borcunun qaytarılması barədə heç bir sübut təqdim etmədiyindən iddia təmin edilməli, 2500 manat borc pul cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227,233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 manat pul və 46 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2219/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2219/2024
25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver