Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2224/2023 05.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 6963,69 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə nikahlarını 27 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Aralarında olan narazılığa görə ayrılmışlar və Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə o “X1 ” Acıq Səhmdar Cəmiyyətindən 10000 manat kredit götürərək, onunla birlikdə ailənin ümumi məsrəflərinə sərf etmişdir. Ona görə də, “X1 ” Acıq Səhmdar Cəmiyyətindən götürdüyü 10000 manat krediti Cavabdeh ilə birgə nikah dövründə ailəsinə istifadə etdiyinə görə həmin kredit üzrə yaranmış olan 13927,38 manat borcun yarısını, Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahatı verərək bildirdi ki, birgə nikah dövründə kredit götürən zaman həmin pulu vəfat edən az yaşlı uşaqlarının müalicəsinə və iddiaçı Cavabdeh burnunun əməliyyatına xərcləmişdir. Tələf olmuş uşağa 3000 manat pul xərcləmişdir. Ona görə də, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki, həmin kredit birgə nikah dövründə götürülsə də, onun həmin kreditdən xəbəri olmamışdır. İddiaçı həmin krediti uşağa xərclədiyini bildirsə də, uşaq sağlam doğulsa da 3 gün ərzində uşaq vəfat etmişdir, ona görə də, həmin uşağın xəstəliyinə və müalicəsinə pul xərcləməmişdir. Eyni zamanda iddiaçının qeyd etdiyi burun əməliyyatı ilə bağlı bildirdi ki, onun burnunda çəpər əyriliyi olmuş və əməliyyat dövlət xəstəxanasında olmuşdur. İddia əsassıszdır. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xcahiş etmişdir. Mustəqil irəli tələb sürməyən üçüncü şəxs “X1” Acıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə faktiki olaraq evlənməklə nikahlarını 27 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə o “X1” Acıq Səhmdar Cəmiyyətindən 10000 manat kredit götürmüş, həmin kredit borcundan, 15 ay, yəni hal-hazıradək banka 5820 manat kredit ödənişi edilmişdir. Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəfərin birgə nikahda olduqları dövrdə götürdükləri kreditə görə ödənişlər hazırki iş üzrə iddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh həmin kreditə görə hər hansı ödənişlər etməsinə dair sübutlar təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddia iddiaçının ödədiyi 5820 manata aid hissədə təmin edilməli, həmin məbləğin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə onu qeyd edir ki, qalan məbləğin iddiaçı tərəfindən banka ödənilib-ödənilməyəcəyi qeyri-müəyyən olduğundan həmin hissədə iddia təmin edilə bilməz. Eyni zamanda məhkəmə onu qeyd edir ki, bankla hazırki iş üzrə iddiaçı arasında öhdəliyə xitam verildiyi halda iddiaçının yenidən məhkəməyə müracitə etməkm hüququnun olması istisna edilmir. Azərbaycan Respublikasg MM-in 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasg AM-in 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasg AM-in 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iddiaçının tələb etdiyi birgə nikah dövründə alınmış kredit borcu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə- onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna və iddiaçının izahatına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməəli və Cavabdeh 2910 manat tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. “X1" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022- ci il tarixli, İK 4818nkTVZb/22saylı kredit müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh ümumi birgə öhdəliyi hesab edilən 13,927,38 manat məbləğində kredit borcunun ödənilən 5820 manat hissəsinin yarısı, 2910 (iki min doqquz yüz on) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 78 manat 20 qəpiyi Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu iddiaçıya aid qalan hissədə özünə aid edilsin . İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2224/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2224/2023
05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver