Məhkəmə qərarları › İş №2(062)-2225/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2225/2023

12.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2225/2023 12.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 12 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ondan nisyə aldığı heyvanların ödənilməmiş qalan 5000 manat, çəkilmiş xərc olaraq 100 manat, mənəvi ziyan olaraq 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, şəxsi təsərrüfatı var, orada qoyun-quzu saxlayır. Cavabdeh ondan bazarda xırda buynuzlu heyvan almışdır. Razılaşmaya əsasən, cavabdeh ona 1500 manat pul vermişdir. Yerdə qalan pulu, yəni 5000 manatı da 3 gün ərzində verəcəyini demişdir. Sonradan cavabdeh onun 6 baş heyvanını qaytarmışdır, həmin heyvanlar isə 1500 manat etmişdir. Cavabdehin ona 3500 manat borcu qalmışdır. Dəfələrlə istəməsinə rəğmən pulu qaytarmamışdır. Ona görə də, o, polisə müraciət etmişdir. Polisdə ərziəsi olan zaman cavabdeh ona 500 manat vermişdir. Beləliklə, cavabdehin ona 3000 manat borcu qalmışdır. Lakin həmin vaxtdan bəri 3000 manatı qaytarmamışdır. Odur ki, nisyə aldıqları heyvanların pulundan qalan 3000 manat borcun, həmçinin çəkilmiş xərc olaraq 100 manat, mənəvi ziyan olaraq 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 02 oktyabr 2023-cü il tarixli məktubla daxil olmuş polis araşdırması materialından görünür ki, İddiaçı borcunun qaytarılması ilə bağlı Cavabdeh şikayət etmiş, həmin şikayət üzrə polis araşdırma aparmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh nisyə olaraq qoyun satmışdır. Həmin heyvanların dəyəri 6500 manat etmişdir. Cavabdeh həmin vaxt 1500 manat pul vermiş, qalanını isə verəcəyini bildirmişdir. Sonradan aldığı heyvanlardan 1500 manat dəyərində 6 baş qoyun qaytarmışdır. Qalıq qalan həmin 3500 manat puldan, 500 manatı isə iddiaçı polisə müraciət etdiyi zaman qaytarmışdır. İddiaçı qalan 3000 manat borcunu qaytarması üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, 3000 (üç min) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Həmçinin çəkilmiş xərc kimi 100 manat və 500 manat zərər sübuta yetirilmədiyinə görə iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin mübahisə predmeti yaranan zaman qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 3000 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin olunmamalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı şəhid ailəsi statusuna malik olduğundan dövlət rüsumundan azad edilir. Ona görə də Cavabdeh 50 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 3000 (üç min) manat pul alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 50 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar