Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2242/2024 08.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1150 manat pulun və 32 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri əkin işləri ilə məşğul olaraq ailəni dolandırırlar. Cavabdeh ondan ümumilikdə 9000 kiloqram kök alaraq satıb pulunu verəcəyini bildirmişdir. O, cavabdeh ilə kökün kiloqramını 60 qəpik olmaqla razılaşmışlar. Ümumi borcu 5400 manat təşkil etmişdir. Razılaşmalarına əsasən o, pulu kökün satılmasından sonra onlara verməli idi. Məhsulun satılmasından sonra cavabdeh müxtəlif vaxtlarda onlara 2000 manat, 1500 manat, 400 manat pul vermişdir. Bundan başqa cavabdeh Azər adlı şəxs vasitəsilə ona 350 manat pul vermişdir. Beləliklə onun verdiyi pulun ümumi məbləği 4250 manat olmuşdur. Cavabdehin ümumilikdə 1150 manat borcu qalmışdır. Həmin borc pulu dəfələrlə istəməyinə baxmayaraq müxtəlif bəhanələrlə pulu ona verməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın həcminin azaldılmasına dair məhkəməyə yazılı ərizə təqdim edərək 900 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclas zalında Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılarkən o məhkəmə iclasının vaxtı və yerindən xəbrdar olduğunu bildirməklə, İddiaçı borclu olduğunu etiraf etmişdir. O bildirmişdir ki, Səxavətdən götürdüyü yer kökünün bir hissəsi xarab olduğundan o da ziyana düşmüşdür. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Səxavətdən kök alarkən o da Natiqə fəhlə kimi kömək etmişdir. Kökü maşınlara Əli adlı şəxslə o yığmışdır. Həmin vaxtı yük maşının soyuducusu işləmədiyindən ola bilsin ki, köklər xarab olmuşdur. Onlar yer kökünü maşına yükləyəndə köklər sağlam köklər idi. Məhkəmə, iddiaçının izahatını, şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd edilən Məcəllənin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Məhkəmə qeyd edir ki, işin halları ilə iddiaçının cavabdehə yer kökü satması və satılan yer kökünün 900 manat dəyərinin satıcıya ödənilməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Cavadeh məhkəmə iclasında iştirak etməsə də belə onunla telefon vasitəsilə əlaqə saxlanılarkən o pulun verilməməsini aldığı malların xarab olması ilə əlaqəndirmişdir. Məhkəmə həmin arqumentləri inandırıcı hesab etmir. Belə ki, əgər malların satış yerində xarab olması məlum olsa idi o zaman alıcının malları almaqdan imtina etmək kimi imkanları itirilməmişdir. Aldıqdan sonra lazımi keyfiyyətli olmayan malın satıldığı müəyyən edilərdisə o zaman alıcının yenə də alıcının keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilməsini tələb etmək, alış qiymətinin mütənasib surətdə azaldılmasını təklif etmək, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını tələb etmək və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzin ödənilməsini tələb etmək kimi hüquqları vardır ki, alıcı bu hüquqlarındsan hər hansı birindən istifadə etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2242/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2242/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver