Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2246/2024 16.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən reyestr nömrəsi ********** ümumi sahəsi 0.13 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə çıxarış alınması üçün Cavabdeh tərəfindən DƏDRX-nin nümayəndələrinə, ona və digər şəxslərə qarşı qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası X2 2008-ci ildə vəfat etmişdir və həmin vaxtdan atasına məxsus əmlak vərəsələrin nəzarətindədir. Həmin əmlakı vərəsəlik qaydasında qəbul etmək istəyir və notariata ərizə ilə müraciət etmişdir. Vərəsəlik işi açılmışdır və mərhum atasının adına sənədləşmə işlərinin aparılması üçün notariat orqanı məktubu ilə Tovuz Rayon Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciyyət edilmiş və Daşınmaz əmlakın mümayəndələri həmin daşınmaz əmlaka inventarlaşdırma işlərinin aparılması üçün həmin evə baxış keçirilmişdir. Baxış zamanı qardaşı Cavabdeh daşınmaz əmlakın nümayəndələrini oradan qovalamışdır, işlərin aparılmasına süni maneə yaratmışdır. Qanunsuz müdaxilə etmişdir və bu günə qədərdə həmin hərəkətləri davam etdirməkdədir. O, Şəhid anasıdır, oğlu X3 ikinci Qarabağ müharibəsi zamanı Füzuli isdiqamətində gedən döyüşlər nəticəsində Şəhid olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** reyestr nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 sayiı Tovuz Ərazi idarəsində baxdımışdır. Bildirilir ki, ərizənizin icrası iiə bağlı daşınmaz əmlaka baxış keçirilməsi üçün zəruri olan inventariaşdırma işləri aparılarkən mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkrnə və inventariaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Odur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən müikiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı qanunsuz müdaxilələrinə son qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçıya məxsus Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən ümumi sahəsi 0.13 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşlarına və digər şəxslərə maneələrin yaradılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən ümumi sahəsi 0.13 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşlarına Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2246/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2246/2024
16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver