Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-229/2024 12.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar X2, İddiaçı2 nümayəndəsi, qızı Nümayəndə, onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri, Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X5 iştirakları ilə İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 12 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin törətdiyi cinayət nəticəsində dəymiş maddi zərər qismində 1500 manat və 230000 rus rublu və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, onlar Şəmkir rayonu Dəllər-Cəyir kəndində ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdehlər onların evlərindən pul oğurlamışlar. Şəmkir rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 1(076)-36/2023 saylı hökmü ilə hər iki cavabdeh AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onlar cəzalandırılmışdır. Oğurlanan məbləğin bir qismi istintaq və məhkəmə prosesi zamanı ödənilmişdir. Qalan hissə isə hələ də icra olunmamışdır. Odur ki, cavabdehlərdən X3 1500 manat, İddiaçı2 isə 230000 rus rublu qətnamənin icra olunduğu vaxtda Azərbaycan manatına məzənnəsi ilə və 100 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 nümayəndəsi Nümayəndə və iddiaçıların nümayəndəsi, Vəkil da iddiaçı X4 ilə eyni xüsusatda izahat verdilər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, cinayət əməlini digər cavabdeh ilə birgə törətmişdir. Tələb olunan məbləği ödəyəcəkdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X6 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, bacısı ilə digər cavabdeh həmin əməli törətmişlər. Bacısı 1000 manat ödəyəcəkdir. Məhkəmə tərəflərin və nümayəndələrin izahatılarını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 1(076)- 36/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Həmçinin dəymiş maddi ziyanın tam ödənilməsi öhdələrinə qoyulmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı X1 rayonu Dəllər-Cəyir kəndində ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdehlər onların evlərindən ona və digər İddiaçı2 məxsus pul oğurlamışlar. Şəmkir rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 1(076)-36/2023 saylı hökmü ilə hər iki cavabdeh AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onlar cəzalandırılmışdır. Oğurlanan məbləğin bir qismi istintaq və məhkəmə prosesi zamanı ödənilmişdir. Qalan hissə isə hələ də icra olunmamışdır. Cavabdehlər qalan bütün maddi ziyanın ödənilməsini öhdələrinə götürürlər. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin hökmündə zərərçəkmiş şəxslər, hazırki işdə iddiaçılara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin və nümayəndələrin izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat alınıb iddiaçı X3 və 230000 rus rublu icra olunduğu gün Azərbaycan manatına məzənnəsi ilə İddiaçı2 verilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 78 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar X3 və İddiaçı2 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat alınıb iddiaçı X3 və 230000 rus rublu icra olunduğu gün Azərbaycan manatına məzənnəsi ilə İddiaçı2 verilsin. Ödənilmiş dövlət rüsumunun 78 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar X3 və İddiaçı2 verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-229/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-229/2024
12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver