Məhkəmə qərarları › İş №2(062)-2298/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2298/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2298/2024 08.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 423 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qonşuluqda kirayədə qalarkən tanış olmuş və aralarında münasibət yaranmışdır.Onun kiçık dükanı var və təlabat olan malları satmaqla məşğuldur. 2022-ci ilin oktyabr ayında Cavabdeh ondan 1000 manat məbləğində geyim və digər əşyaları nisyə götürmüş və pulunu verəcəyini vəd etmişdir. Aralarında səmimi münasibət olduğuna görə ona inanmış və istədiyi 1000 manat məbləğində malları ona nisyə vermişdir. Belə ki, Cavabdeh hərbi qulluqçudur və yüksək məbləğdə maaş aldığını bildirirdi.Lakin aradan bir müddət keçdikdən sonra cavabdeh ondan aldığı malların pulunu verməmişdir. Cavabdeh ona borclu olduğu 1000 manatdan 577 manatını hissə-hissı qaytarsa da, qalan 423 manatı ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Odur ki, Cavabdeh 423 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınıb veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat göndərilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda olan əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş X2 ilə X1 arasında olan votsap tətbiqi üzərindəki yazışmaların məzmunundan müəyyən olunur ki, mülki iş üzrə cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş və borcunu ödəyəcəyini vəd etmişdir. İşdə olan hərbi hissənin məsul şəxsi tərəfindən iddiaçıya ünvanlanmış məktubun məzmunundan görünür ki, hərbi hissənin rəhbərliyi tərəfindən Cavabdeh ilə iddiaçıya olan borc barədə sphbət aparılmış, Nərgiz pulu qaytaracağına söz vermişdir. Məhkəmə araşdırılamaları zamanı müəyyən olundu ki, həqəqtən də İddiaçı qarşısında Cavabdeh ödənilməmiş borc öhdəliyi vardır ki, bu öhdəlik 2022-ci ilin oktyabr ayında yaranmışdır.Cavabdeh iddiaçıya olan borcunu ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 567-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin məcəllənin 600.1- ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 430 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar