Məhkəmə qərarları › İş №2(062)-2318/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2318/2023

17.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2318/2023 17.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı payın naturada ayrılıb verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında və ünvan 2la bağlı onun payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1983-cü il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. O, anadan olduğu gündən atası Cavabdeh1 və anası X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində böyüyüb başa çatmışdır. Həmin f\ərdi yaşayış evinin yerləşdiyi 0.02 ha torpaq sahəsi onun paylı mülkiyyətidir. Bundan əlavə hüquqların dövlət qeydiyyat haqqında RX ******* saylı dövlət reyestrindən çıxarışda qeyd edilən Tovuz rayonu Qovlar şəhəri Şəhriyar küçəsi 20 ünvanında yerləşən 0,0728 ha torpaq sahəsi onun paylı mülkiyyətindədir. Belə ki, hüquqların dövlət qeydiyyat haqqında RX ******* saylı dövlət reyestrindən çıxarışda onun paylı mülkiyyəti olan torpaq sahəsi 0,0182 ha kimi qeyd edilmişdir. AnasıX6 qızı 22 iyun 2007-ci il tarixdə şəkərli diabet xəstəliyindən vəfat etmişdir. Həmin fərdi yaşayış evi atası Cavabdeh1 ilə anası X2 birgə nikahları dövründə inşa edilmişdir. Hazırda cavabdehlər onu atası Cavabdeh1 ilə anası X2 birgə nikahları dövründə inşa edilmiş ünvan 1 ünvanında yerləşən evdən çıxardmışlar Bunda əlavə onu hüquqların dövlət qeydiyyat haqqında RX ******* saylı dövlət reyestrindən çıxarışda göstərilən əmlakından istifadəyə qoymullar. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1, X1 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iş üzrə iddiaçı Ayğün İsmayılova iddia tələbində Tovuz rayonu Qovlar şəhəri A.Kazımov küçəsində yerləşən daşınmaz əmlakların onun payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsinə də həmin daşınmaz əmlakın sənədlərini əlavə etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, paylara düşən hissələrin müəyyən edilməsi üçün həmin fərdi yaşayış evinə dair texniki sənədlərin (pasport və plan ölçünün) olması mütləqdir. ümumi birgə mülkiyyətçilərin hər birinə bərabər pay olmaqla real bölgünün aparılmasının mümkün olub-olmaması, həmin bölgüdən payların (hər birinin paylarının yaşayış evinin hansı hissəsindən və hansı ölçüdə olması göstərilməklə) hansı qaydada müəyyən edilməsi və tərəflərin paylarına düşən hissələrində payların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə tikinti-texniki ekspertizası təyin olunmalıdır. Lakin fərdi yaşayış evinə dair texniki sənədlər (pasport və plan ölçü) olmadğından həmin ekpertizanın keçirilməsi mümkün deyildir .Qeyd edilən sənədlərin məhkəməyə təqdim olunması üçün iddiaçıya 7 gündən artıq vaxt verilmiş, lakin iddiaçı Ayğün İsmayılova həmin sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Ona görə də hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Tovuz filialı vasitəsilə ********** GPP qəbz nömrəli məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından iddiaçı X4 tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221416 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, X1 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı payın naturada ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Tovuz filialı vasitəsilə ********** GPP qəbz nömrəli məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Tovuz rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar