Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-234/2025 10.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6250 manat pulun və 83.20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qonşudur, həm də o onun maşınının ustası olmuşdur. 2023-cü ildə ayrı-ayrı vaxtlarda Ələkbər ondan borc pul istəmişdir. Ayrı ayrı vaxtlarda Ələkbərə inandığına görə cəmi 6500 manat borc pul vermişdir. Pulları o cavabdehə öz kartından onun kart hesabına ödəmişdir. O, vəd etmişdir ki, borcunu 2024-cü ilin may ayında qaytaracaq. O borcundan cəmi 250 manat qaytarmışdır. Borcunu vaxtında qaytarmadığına görə dəfələlə telefon danışığı olmuşdur. Hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytramaqdan yayınmışdır. Məcbur olub atası evinə gedib borcun qaytarılmasını tələb etsə də, borcunu könüllü olaraq qaytarmaqdan imtina etmişdir. Ələkbər şikayət ərizəsi ilə Tovuz Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında ondan 6250 manat aldığını bildirsə də, izahatında qeyd edib ki, guya o pulu faizlə vermişdir. Əslində isə aralarında faizlə bağlı heç bir müqavilə yoxdur. Polis şöbəsində Ələkbər pulu olmadığına görə hər ay borcunu hissə-hissə ödəyəcəyinə soz vermişdir. Cavabdehin məqsədi faiz aldı ilə borcu qaytarmaqdan yayımaq istəyir. Hətta cavabdeh ona vəd etmişdir ki, borcunu hissə-hissə, hər ay 300 manat olmaqla qaytaracaq. Bacısı Şəlalə ilə onun işlədiyi sexə dəfələrlə getmiş, hətta bacısı Şəlaləyə də yaxın vaxtlarda borcunu ödəyəcəyinə söz versə də, borcunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, o iddiaçıdan aldığı pulları hissəhissə ödəmişdir. Onun iddiaçıya borcu qalmışdır. Onda olan çeklərlə də sübut edilir ki, o iddiaçıya olan borcunu ödəmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyi 6250 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh iddiaçıdan borc pul aldığını etiraf edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda, 3000 manatdan az pullar göndərildiyindən bu zaman borc müqaviləsinin yazılı qaydasına riayət edilməsi tələb edilmir. Göründüyü kimi iddiaçı cavabdehə verdiyi puldan cəmi 250 manat ödəniş edildiyini bildirsə də, cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 5070 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İddiaçı bidirir ki, bu pul öhdəliyindən başqa tərəflər hər hansı digər öhdəlik münasibətlərində olmamışlar. İddiaçı məhkəmə iclasında da qeyd etmişdir ki, cavabdeh ondan 2023-cü ildə aldığı pulu 2024-cü ilin may ayında qaytaracağını bildirmiş və cəmi 250 manat cavabdeh ona pul qaytarmışdır. İşdəki qəbzlərdən isə görünür ki, 2023-2024cü illərdə iddiaçıya ayrı-ayrı vaxtlarda ödənişlər edilmişdir.İddiaçı qəbzlərdəki kart hesabının ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, 1180 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 31 manat 80 qəpiyi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1180 (bir min yüz səksən) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 80 qəpik pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-234/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-234/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver