Məhkəmə qərarları › İş №2(062)-2372/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2372/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2372/2023 06.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona 6500 manatın, ona vurduğu zərərə görə 3500 manatın dövlət rüsumu üçün ödənilmiş 125 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19 sentyabr 2023-cü il tarixdə təyin olunmuş məhkəmə iclasına teleqram göndərək göstərdi ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, ona görə də, məhkəmə iclasını təxirə salnmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində təyin olmuş məhkəmə iclasına tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir, səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh məhkəməyə teleqram göndərərk bildirdi ki, sahətində yaranmış xəstəliklərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Göründüyü kimi, iddiaçı məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi barədə məhkəməyə heç bir subut göndərməmiş və işin onun iştirak olmadan baxlmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən oşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar