Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2396/2023 30.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi , İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında hem bir ədavət olmamış, onunla yaxın münasibəti olmuşdur. Cavabdeh özü heyvandarlıqla məşğul olur. Onun yaxın münasibəti olduğu üçün o ona bildirdi ki, mal-qara alveri üçün ona müvəqqəti olaraq 14000 manat pul borc olaraq versin. 15 iyun 2023-cü il tarixdə Cavabdeh 14000 manat pulu 20 gün müddətinə geri qaytarmaq şərti ilə borc şəklində ondan almışdır. Həmin pulu verərkən onun yanında iş yoldaşı X2 vardır. Daha sonra cavabdeh yenə də ondan mal-qara alveri üçün ona və şəriki olan X1 8000 manat pul verilməsini xahiş etmiş, bildirmişdir ki, 8000 manat pulu o ona verməsə digər şəxsə beh olaraq verdikləri pul batacaqdır. O, Cavabdeh ilə aralarında olan tanışlıq münasibətinə güvənərək, ona xx.xx.2023-cü il tarixdə 1 ay müddətinə geri qaytarmaq şərti ilə pulu vermişdir. Həmin pulu verərkən də onun yanında iş yoldaşı X2 vardır. Hazırda Cavabdeh ona verdiyi pulu etiraf etmiş, amma pulun ona geri qaytarılması barədə aralarında narazılıq vardır. O, məcbur olub pulların ona geri ödəmələri üçün onlara müddət vermişdir. Lakin cavabdehlər vəd etdiyi vaxta pulları geri qaytarmamışdır. O ona güvənərək pulu ödəyəcəyini düşünmüşdür. Cavabdeh ilə heç bir düşmənçiliyi olmamış, həmişə yaxşı münasibətləri olmuşdur. Ona görə də, Cavabdeh 22000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bidirdi ki, iddiaçı 20 gün əvvəl 4000 manat pulu ona vermiş, lakin 18000 manatı qaytarmamışdır.Ona görə də, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, İddiaçı 14 min manat pul almışdır. Sonradan şəriki, yəni X3 ilə 8000 manat da İddiaçı pul almışdır. Cavabdehlə razılığa gələ bilməmişdir. Belə ki, həmin məbləği bir dəfəyə ödəməyə imkanı catmır. O bundan sonra məhkəməyə ərizə təqdim edərk bildirmişdir ki, həmin puldan 4 min manat qgytarmış, 8 min pulu isə şəriki ilə götürmüşdür. Ona görə də nəzərə alnmıasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı əvvəlcə 14000 manat, bir müddət sonra isə 8000 manat borc pul almış, həmin pulun 4000 manatını iddiaçıya qaytarsa da, 18.000 manat borcu qaytarmamışdır.Cavabdeh həmin borcun 8000 manatını X3 ilə şərik olmasını bildirsə də, o həmin hissə ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçıya qeyri-yaşayış binasını satılması cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 18000 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Məhkəmə eyni zamanda cavabdehə izah edir ki, onun şəriki kimi hesab etdiyi şəxsə dəymiş ziyanls bağlı məhkəməyə müraciət etnək hüququnun olması istisna edilmir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 156 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 18000 manat borc və 156 manat dövlət rüsumu olmaqla, cəmi 18156 manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat borc və 156 (yüz əlli altı) manat dövlət rüsumu olmaqla, cəmi 18156 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2396/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2396/2023
30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver