Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2426/2024 03.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı Cavabdeh qarşı «doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı «doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə doğulmuş X1 və X2 barəsində verilmiş atalığın müəyyən edilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2426 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək qərardadın ləğv olunması və iddianın icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmə doğum haqqında şəhadətnaməyə əsassız olaraq inzibati akt kimi yanaşmışdır. Şəhadətnamə inzibati akt hesab olunmur və iddiası inzibati orqana qarşı deyildir. Mübahisə Ailə Məcəlləsi ilə tənzimlənir və həmin Məcəllədə şəhadətnamənin inzibati akt hesab edilməsi göstərilməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2426/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli 2(062)-2426/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadında göstərmişdir: «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə, Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İstinad edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə atalıq və doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeydlə bağlı mübahisələrə baxılması nəzərdə tutulduğu halda, hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılması üçün qanuni əsaslar mövcud deyil. Ona görə ki, iddiaçının hazırki tələbi yuxarıda qeyd edilən normalarda tutulmuş məqsədləri daşımır və mülki, ailə qanunvericiliyində atalığın müəyyən edilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır.» Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə yuxarıda göstərilən normanın tələbləri baxmından işin hallarını hüquqi təhlil edib və apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq göstərir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı «doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2426/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2426/2024
03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver