Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2450/2025 14.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6950 manat pulun və 89.5 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2023-cü ilin əvvələrində 8000 manat məbləğndə borc pul vermişdir. Aralarında olan razılığa əsasən Cavabdeh həmin pulu 2023-cü ilin may ayından başlayaraq hər ay hissə-hissə qaytamalı idi. Cavabdeh 2023-cü ilin may ayında ona 500 manat, 2023-cü ilin iyul ayında 300 manat, 2023-cü ilin oktyabr ayında 100 manat və 2024-cü ilin iyun ayında isə 150 manat pul qaytarıb. Hər dəfə verdiyi pul məbləğinin qarşısında öz imzasını atıb. 2024-cü ildə ona atdığı səsli smsdə qalan borcunu hər ay 200 manat olmaqla 2024-cü ilin dekabr ayından başlayaraq ödəyəcəyinə söz verib. Lakin sonradan onun nömrəsini bloka ataraq ona olan borcunu ödəməkdən yayınır. Cavabdeh ona olan 6950 manat borcunu ödəmədiyi üçün, məcbur olub hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehi Yuxarı Öysüzlü kəndində mağazada alış-veriş edərkən tanımış, həm də ona nisyə mal vermişdi. O Vidadiyə 8000 borc pul vermiş, bir qədərini qaytarsa da qalan pulu geri qaytarmamışdır. Hazırda Vidadinin ona 6720 manat borcu vardır. Onun da bir neçə yüzünü ona bağışlayır, 6300 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, o hərbiçidir və iddianı qəbul etmir. O, borc pulu böyük problemləri olduğu üçün almışdır. İddiaçının dediyi qədər olmasa da, onun iddiaçıya 5800 manat borcu qalmışdır. Daha sonrakı izahatında isə o elə bir izahat vermədiyini, əslində 5800 manat pulu Məlahətə qaytardığını bildirmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Məhkəmə iclasında iddiçının telefonunda olan səs yazısı səsləndirilmiş, cavabdeh səs yazısının ona aid olmasını təsdiq etmişdir. Söhbət zamanı o iddiaçıya olan borcunu ayba-ay ödəyəcəyini bildirmişdi.Əlavə olaraq qeyd edir ki, borc sənədi hər iki tərəfdə vardır. Eyni zamanda işdə olan və cavabdehin imzaladığı sənəddə 11.000 manat pulun qarşısındakı imzanın ona aid olduğunu qəbul etmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırkı iş üzrə iddiaçı 6950 manat pulun cavabdehdən tutulması xahiş etmişdir. Cavabdeh tərəfdən daha az borcunun qalması və (ya) daha çox ödəniş etməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 6300 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 83 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6300 (altı min üç yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2450/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2450/2025
14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver