Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2465/2024 03.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 03 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 2936,63 (iki min doqquz yüz otuz altı manat, altmış üç qəpik) manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, cavabdeh ilə keçmişdə qohumluq münasibəti olmuşdur. Əvvəllər cavabdeh hərbiçi olmuşdur. Həmin vaxtlarda cavabdeh iddiaçıya borc pula ehtiyacı olduğunu bildirmiş, kredit götürərək ona verməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-dən xx.xx.2019-cu ildə 40 ay müddətinə, 2000 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin kredit borcunu ödəmədiyi üçün iddiaçı ödəniş olaraq faizi ilə birlikdə ümumilikdə 2936,63 manat kredit ödəmişdir. İddiaçı dəfələrlə cavabdehə pulunu qaytarmasını istəmiş, lakin sonuncu borcunu qaytarmamışdır. Odur ki, Cavabdeh 2936,63 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X4 təmsil etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X4 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, onun oğlu əvvəllər hərbiçi olmuşdur. İddiaçı ilə qohum olmuşlar, sonradan münasibətləri pozulmuşdur. Onların iddiaçıya heç bir borcu yoxdur. Cavabdeh öz mövqeyini yazılı surətdə bildirmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdehin işə əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçıya borcu olmadığını bildirmiş, həmçinin iddiaçının mülki qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında məhkəməyə müraciət etməməsini bildirərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, İddiaçı 2000 manat kredit götürmüş və ümumilikdə 40 ay müddətinə "xxxx" ASC-yə 2922,6 manat pul ödəməlidir. İşə əlavə edilmiş audio yazıdan görünür ki, Cavabdeh 2000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qohumluq münasibəti olmuşdur. Əvvəllər cavabdeh hərbiçi olmuşdur. Həmin vaxtlarda cavabdeh iddiaçıya borc pula ehtiyacı olduğunu bildirmiş, ona 2000 manat borc verməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-dən xx.xx.2019-cu ildə 40 ay müddətinə, 2000 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin kredit borcunu ödəmədiyi üçün iddiaçı krediti ödəmişdir. İddiaçı dəfələrlə cavabdehə ondan çıxılan pulu qaytarmasını tələb etsə də, cavabdeh qaytarmamışdır. Cavabdeh audio səs yazısında 2000 manat borcu olduğunu etiraf etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan 2000 manat borc pul istəmişdir. İstər iddia ərizəsindən, istərsə də iddiaçının nümayəndəsinin izahatından bu hal öz təsdiqini tapır. Lakin iddiaçının kredit götürüb məhz cavabdehə verməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 2000 manat borc almışdır. Lakin 936,63 manat pulun hansı səbəbdən yazılması aydın deyildir. Odur ki, 2000 (iki min manat) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi sübut olunmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 509.1-ci maddəsinə görə, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin iddiaçı cavabdehin ona zərər verməsini sübut edə bilməmişdir. Eyni zamanda cavabdehin məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, o, iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh dolayısı yolla iddiaçıya borclu olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi hazırki mübahisə üzrə iddia müddəti keçmədiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 2000 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ödəniləcək məbləğ 2000 manat olduğundan ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 2000 (iki min) manat pul və 40 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2465/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2465/2024
03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver