Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2473/2025 17.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Gəncə şəhəri 2 saylı Vəkil bürosunun vəkili Vəkil2, Cavabdeh və cavabdehin nümayəndəsi Gəncə regional Vəkil bürosunun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən vurulmuş ziyana görə cavabdehdən 35000 manat əsas məbləğ və 195 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonunda yerləşən Aura marketin müdiridir və Aşağı Quşçu kəndində yaşayır. Cavabdeh ilə 2023-cü il 6 sentyabr tarixdə əmək müqaviləsi bağlamaqla onu satıcı vəzifəsinə təyin etmişdir. 2025-ci il 5 yanvar tarixdə inventarizasiya keçirilmə nəticəsində çatışmazlıqlar müəyyən edilmişdir. Əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsində çalışan Cavabdeh əmək funksiyasını düzgün yerinə yetirməməsi nəticəsində Aura market mağazasına 35,000 manat miqdarında maddi ziyan vurması aşkar edilmişdir. Bununla bağlı onlar akt tərtib etmişlər. Aktı imzalayanlar X10 (özü), X2, X5 və X3r. Həmin vaxt aktın doğruluğunu onlar imzalamışlar, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. O, qeyd edir ki, cavabdehlə öz otağında səmimi söhbət apararkən, həmin məbləğin onun tərəfindən götürülməsini və özü üçün istifadə etməsini bildirmiş, hissə-hissə mağazaya ödəyəcəyini söyləmişdir. Bunu sübut etmək üçün kamera çəkilişləri var. Həmçinin cavabdehin davamlı şəkildə pulları kassadan götürərək cibinə qoyması faktını təsdiq edən görüntüləri də ərizəsinə əlavə edir. O, həmin məbləğin ödənilməsi ilə bağlı cavabdeh haqqında Tovuz RPŞ-ya (Rayon Polis Şöbəsi) şikayət etmişdir. Tovuz RPŞ-dan ona izah olunmuşdur ki, mülki qaydada Tovuz rayon məhkəməsinə müraciət etsin. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı və iddiaçının nümayəndəsi Gəncə şəhəri 2 saylı Vəkil bürosunun vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Gəncə regional Vəkil bürosunun vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddia tələi ilə bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş görüntülərdə də cavabdehin 35000 manat pulu qaytaracağının konkret olaraq bildirilməsi, həmçinin həmin məbləğdə pulun cavabdeh tərəfindən götürülməsi əks olunmamışdır. Mağazada keçirilmiş inventarlaşdırma və sayım isə cavabdehin məlumatı və iştirakı olmadan keçirilmiş, mağazada çalışan və iddiaçıdan asılı olan digər şəxslər tərəfindən aparılmış və təsdiqlənmişdir. Digər tərəfdən sayım nəticəsində iddiaçının malı əskik gəlmişdir ki, kassir vəzifəsində çalışan cavabdeh əskik gələn mala görə məsuliyyət daşımamalıdır. Cavabdeh işlədiyi müddətdə kassa hər gün iş vaxtının sonunda sayılaraq iddiaçı tərəfindən təhvil alınmışdır. İddia əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh izahatında nümayəndəsinin bildirdiklərini təsdiqləmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, marketin yerləşdiyi binanı İddiaçı icarəyə vermişdir. 2025-ci ilin əvvəllərində Cavabdeh anası və xalası onu həmin mağazanın səhibi zənn edərək Cavabdeh “Aura “marketdə çalışdığı dövrdə yaranmış 35000 manat borcu ilə bağlı güzəşt etməyi xahiş etmişlər. O, həmin şəxslərə heç bir fikir bildirməmişdir. Sonradan həmin şəxslər yalnız mağazanın nəzarət kameralarına düşmüş məbləği qaytaracaqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 7 ildir “Aura” marketdə mühasib kimi çalışır. 05 yanvar 2025-ci il tarixdə mağazada inventarlaşdırma aparılmış və 35000 manat dəyərində malın əskik olması müəyyən olunmuşdur. Bunun səbəbini müəyyənləşdirmək üçün kamera görüntülərinə baxış keçirilmiş və kassir vəzifəsində çalışmış Cavabdeh satılmış malların pulunu ələ keçirməsi aşkar olunmuşdur. Bundan sonra baş verənlərdən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, “Aura “marketdə 2024-cü ilin sonlarından etibarən kassir vəzifəsində çalışır. 05 yanvar 2025-ci il tarixdə mağazada keçirilmiş inventarlaşdırmada iştirak etmiş və konfet məhsullarının sayımını həyata keçirmişdir. Satımın sonunda mağazada 35000 manat dəyərində malın əskik olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, “Aura “marketin Aşıq Əkbər küçəsində yerləşən filialında satıcı kimi çalışır. Cavabdeh mağazada işlədiyi vaxt tanımışdır. 2025-ci ilin əvvəllərində işdə olarkən özünü Cavabdeh bacısı kimi təqdim edən şəxs mağazaya gəlmiş və müdiri İddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Onlar danışmaq üçün mağazanın anbar hissəsinə getmişdir. Müdiri İddiaçı tapşırığı ilə o, kənar şəxsin içəri girməməsi üçün anbarın qapısının ağzında durmuşdur. Bu zaman eşitmişdir ki, Cavabdeh bacısı Cavabdeh 35000 manat borcunun qarşılığında 4000 manat verməyi, borcun qalan hissəsini isə maaş almadan mağazada çalışaraq ödəməyi təklif etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətinə əsasən fiziki şəxs olan işəgötürən İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli inventarizasiya nəticələrinə dair üzləşdirmə aktına əsasən kassir vəzifəsində çalışan Cavabdeh əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində Aura Market mağazasına 35000 manat miqdarda ziyan vurulması qənaətinə gəlinmiş, akt İddiaçı, X2, X5 və X6 tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən 35000 manat məbləğin ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 24 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən araşdırma aparılmışdır. İddiaçı müraciət edərək mağazanın 54000 manat məbləğində vəsaitinin kassir işləyən Cavabdeh tərəfindən ələ keçirildiyini bildirmiş, araşdırma zamanı bu məzmunda izahat vermiş, Cavabdeh isə izahatında qeyd olunanları təkzib etmişdir. Araşdırma nəticəsində əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinmiş, tərəflərə mübahisənin həlli üçün məhkəməyə müraciət etmək hüququ izaha edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş diskdə olan “etiraf” adlı qovluqda WhatsApp Video 2025-09-12 at 13.41.37 (1).mp4 və WhatsApp Video 2025-09-12 at 13.41.37.mp4 adlı video fayllar mövcuddur. Həmin videogörüntülərdə İddiaçı və başqa bir şəxsin Cavabdeh ilə tənbeh və təhdid xarakterli danışığı qarşılığında Cavabdeh yalnız “özüm ödəyəcəm”, “özüm gətirib qaytaracam” ifadələri bildirməsi müəyyən olunur. “Mallar” adlı digər qovluqda “Видео WhatsApp 2024-10-22 в 00.52.07_840c4fa0.mp4, Видео WhatsApp 2024-10-22 в 00.53.00_a9e181d7.mp4, Видео WhatsApp 2024-10-22 в 00.53.00_ed45107a.mp4, Видео WhatsApp 2024-10-22 в 00.59.19_d71119f3.mp4, Видео WhatsApp 2024-10-22 в 01.09.06_744c8bbe.mp4, Видео WhatsApp 2024-10-22 в 01.09.06_3359f971.mp4, Видео WhatsApp 2024-10-22 в 01.42.39_b726dcef.mp4,Видео WhatsApp 2024-10-22 в 01.44.30_36adaca8.mp4, Видео WhatsApp 2024-10-22 в 01.48.54_cbc6285f.mp4, Видео WhatsApp 2024-10-22 в 02.09.56_2826bf30.mp4, Видео WhatsApp 2024-10-22 в 02.09.56_c71db8fd.mp4, Видео WhatsApp ***-**-** в 02.16.22_2a6b2545.mp4, Видео WhatsApp 2024-10-22 в 02.22.03_b25f0924.mp4, Видео WhatsApp 2024-10-22 в 02.24.59_1d7b5f50.mp4” adlı video fayllar mövcuddur. Həmin görüntülərdə mağazanın kassasında əyləşən Cavabdeh müxtəlif şəxslərə mal satışı etməsi və aldığı pulları kassaya qoyması müəyyən olunmuşdur. “Pul” adlı digər qovluqda Видео WhatsApp 2024- 10-22 в 01.16.28_d83afde4.mp4, Видео WhatsApp 2024-10-22 в 01.40.37_7ba2f180.mp4, Видео WhatsApp 2024-10-22 в 01.40.37_b43cb461.mp4, Видео WhatsApp 2024-10-22 в 01.52.43_926907f9.mp4, Видео WhatsApp 2024-10-22 в 02.19.53_71d65fff.mp4 adlı video fayllar vardır. Həmin görüntülərdə Cavabdeh kassadan pul əskinası götürüb mağazanın anbarına gedib geri qayıtması görünür. İddiaçı tərəfindən təqdim edilmiş digər diskdə olan WhatsApp Audio 2025-09-12 at 15.55.20.mp3 adlı faylda İddiaçı, Cavabdeh və onun anasının danışığı (məhkəmə iclasında tərəflərin ifadələrinə əsasən) əks olunmuşdur. Söhbət əsnasında İddiaçı və cavabdehin anasının 54000 manatın aqibəti barədə suallarına Cavabdeh “peşmanam”, “qələt etmişəm” kimi ifadələrlə qarşılıq verir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞT/MT024/2025-0500 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2025-ciil tarixli 21055 nömrəli bank qəbzinə əsasən İddiaçı 195 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmənin mövqeyi Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində işlətdiyi mağazaya 35000 manat məbləğdə ziyan vurulduğunu iddia etmiş, bunu təsdiq etmək üçün məhkəməyə özü və mağazanın digər iştirakçıları tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli inventarizasiya nəticələrinə dair üzləşdirmə aktını tədim etmişdir. Həmin aktda yalnız kassir vəzifəsində çalışan Cavabdeh əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində “Aura Market” mağazasına 35000 manat miqdarda ziyan vurulmasının aşkar edilməsi əks etdirilmişdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş materiallar inventarizasiya nəticələrinin obyektiv və etibarlı hesab olunması üçün zəruri tələbləri ödəmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə əvvəlki inventarizasiyanın nə vaxt aparıldığı, yoxlamanın hansı dövrü əhatə etdiyi, malların əvvəlki qalıq göstəriciləri, son sayım zamanı faktiki müəyyən edilmiş miqdar və onların müqayisəsinə imkan verən məlumatlar öz əksini tapmamış, şahid qismində ifadə vermiş şəxslər də bu barədə məlumat verməmişlər. Sayımın hansı qaydada aparıldığı, cavabdehə bu barədə məlumat verilib-verilmədiyi də sübut olunmamışdır. Həmçinin iddia olunan çatışmazlıqlarla bağlı cavabdehin mövqeyinin öyrənilməsi üçün ondan hər hansı yazılı izahat da alınmamışdır. Bu hallar inventarizasiyanın nəticələrinin mötəbərliyini ciddi şəkildə şübhə altına alır və nəticə etibarilə təqdim edilmiş sübutlar mağazaya ziyan vurulmasını və ziyanın məbləğinin 35000 manat olmasını təsdiq edən yetərli sübut kimi qiymətləndirilə bilməz. Həmçinin polis şöbəsində araşdırma zamanı, o cümlədən təqdim edilmiş səs yazılarında iddiaçının vurulmuş məbləği 54000 manat ifadə etməsi bununla bağlı ziddiyyəti bir daha ortaya qoyur. O da qeyd edilməlidir ki, təqdim edilmiş videogörüntülər və səs yazıları da Cavabdeh tərəfindən iddiaçıya 35000 manat məbləğdə ziyan vurulmasını hesab etməyə kifayət etmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlarla həqiqətən də 35000 manat məbləğdə maddi ziyanın Cavabdeh tərəfindən vurulması sübuta yetirilməmişdir və buna görə də iddia rədd edilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. Ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev